Salyan şəhərinin həqiqi adı tapıldı...

Şirvanda yaşayan tarişxiçi-araşdırmaçı Qənimət Haqsəda Moderator.az-a Salyan şəhərinin adıyla bağlı maraqlı bir araşdırma yazısı göndərib. Müəllif iddia edir ki, Salyan bu günədək heç də deyildiyi kimi Salyan deyil, Sayılan adlandırılmalıdr. Onun araşdırmasını təqdim edirik:


Salyan şəhərinin həqiqi adı

"Tələbə olarkən Bakıda "Türkologiya" jurnalı çıxırdı. Vaxtaşırı o jurnalı alıb oxuyurdum. Türksoylu olduğumuzdan o jurnaldan çox faydalanırdım. O jurnalda türk tayfa birlikləri, tayfaların adları, eləcə də yaşadıqları ərazilərə verdikləri adlar barəsində, ayrı-ayrı sözlərin türk (azərbaycan) dilində açılışlarını isbat edən məqalələr olurdu. Sonra türkçü tarixçilərimizdən olan Qiyasətdin Qeybullayevin əsərlərini, əməkdar elm xadimi, mifoloq Mirəli Seyidovun əsərlərinə böyük maraq yarandı. İş elə gətirdi ki, Mirəli müəllimin özü ilə görüşmək bizə qismət oldu. Bizim o vaxt "Füzuli" parkında "Şairlər klubu" deyilən bir məclisimiz vardı. Parkın müdiri Əşrəf Hüseynov idi. Məclisin "prezidenti" şəhərin baytar həkimi rəhmətlik Mikayıl Mikayılov idi. Biz hər gün işdən sonra parkda olan "Çınqıl" çayçısına yığılırdıq. Məclisimizdə müxtəlif yönümlü sənət sahibləri, o cümlədən "İşıq" qəzetinin redaktoru Mövsüm müəllim, Fəxrəddin müəllim, şair Tofiq Hüseyn, Vaqif müəllim, şair Ağadədə Demanlı, müsiqiçilər, həkimlər və başqa ziyalılar iştirak edirdi. O vaxt hələ keçmiş SSRİ-də prezident vəzifəsi yox idi. Mikayıl Mikayılovu seçməyimizin səbəbi onun Azərbaycan Dövlət Universitetində rəhmətlik Əli Fəhmidən, Əkrəm Cəfərdən və başqalarından dərs alması idi. Füzulini gözəl xırdalayırdı. İndiki Mədəniyyət şöbəsinin müdiri Əziz müəllim, hazırda Bakıda yaşayan, televiziya verilişlərindən seyr etdiyimiz Müdhəd Aydın da məclisimizin daimi üzvləri idilər.

   Bir gün "Araz" zavodunda baş mühəndis olduğumdan şənbə günü işə getmişdim, ona görə məclisə gecikmişdim. Gəlib gördüm ki, samovar heykəlinin yaxınlığındakı boş sahədə masaları düzüblər, hamı əyləşib, başda isə müsiqi məktəbinin keçmiş tar müəllimi Ariz Abduləliyev yanında bir sanballı şəxs əyləşib. O vaxt Ariz aspirant idi. Diqqətlə fikir verdim gördüm Mirəli müəllimdir. Yerimdən qalxaraq gedib ona "xoş gəldin" elədim. Dedim: - Mirəli müəllim, xoş gəlmisiniz! Mirəli müəllim təəccüblənərək dedi: - Məni də tanıyan olarmış. Mən onu televiziya verilişlərində tez tez gördüyümdən tanıdım. Demə Arizə tapşırıbmış ki, mənim barəmdə məlumat vermə. Bizimkilər də o böyük alimi tanımayıb, onun qarşısından müxtəlif mövzulardan müzakirələr aparırmışlar. Ariz Abduləliyevin dissertasiya rəhbəri imiş. Arizin nişanına gəlibmiş. Ariz bizim haqqımızda ona danışmış, hətta oxuduğum "Sənsiz" və "Sevgili cananı" da ona tərifləmişdi. O mənim oxumağıma qulaq asmaq istədiyini bildirdi. Məclis qurtararkən bazar gününə vədələşdik. Vədəmiz saat 1100-da idi. On birə 15 dəqiqə qalmış "Şirvan" parkında bunları gözləməyə başladım. On birdə görüşdük. Mirəli müəllim mənə dedi: - Niyə gecikdin? Dedim: - Mirəli müəllim, mən vaxtından qabaq gəlib sizi gözləyirəm. O dedi: - Biz ikinci dəfə bura gəlirik. İş belədir ki, Ali Sovetin deputatı, türkoloq Aydın Məmmədov maşın qəzasında həlak olmuşdur. Mən təcili Bakıya qayıtmalıyam. Beləcə mənə qismət olmadı ki, o məni dinləsin. Ancaq Arizə "İşıq" qəzeti üçün məqalə vermişdi və o məqalədə yazmışdı ki, Əli Bayramlı şəhərində elmlər namizədi səviyyəsində ziyalılar yaşayır. Bir şeyi də qeyd edim ki, bizimlə oturduğu vaxt mən imkan tapıb "Azərbaycan" adının mənasını soruşdum. O həvəslə bizə aydınlaşdırdı. Dedi ki, tarixdə "Azlar" türk qəbiləsi olmuşdur. "Az ər" - "Az kişisi" deməkdir. O söz isə "Az+ər+bay+qan olmuşdur "Azərbayqan (can)". Az tərkibi əski tükdilli qəbilənin adıdır. "Az" qəbiləbirləşməsi xalq adına "Gültəkin", "Tonyuquq" və b. abidələrdə rast gəlirik. "Az" çox keçmişlərdə uğur, yaxşı istərlik tanrısının adı imiş. Daha sonra Mahmud Qaşğariyə görə "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları da vardır. II hissə "ər/ar" igid, kişi. III hissə "bəy/bay"dır. Varlı, hakim mənasındadır. IV hissə "qan/can"ı telent, lebed, altay, şor, saqa, toybal, qırğız dillərində qağan, xan, ata anlamındadır. "qan" "Azərbay"a qoşulanda "q" səsi nuni səğirlə deyilsə "y" səsinin təsiri nəticəsində "c"-ya çevrilir və "Azərbaycan" olur. "Azərbayqan" varlı Az insanının atası, hakimi, yaxşı istər, qırmızı, yəni Günəşlə bağlı tanrı deməkdir.

   Azərbaycanlıların soykökünü araşdırarkən basil, qaşqay, saq, arsaq (onu da qeyd edim ki, "Qarabağ" sözünün əvəz edən "Arsaq" sözü qədim türkdilli arsaq tayfaları ilə bağlı olduğunu qeyd edən Mirəli Seyidov olmuşdur. Bu hadisə Türkiyədə Türkoloji qurultayda təntənəli surətdə qeyd olunmuşdur), şiraq, buntürklər, onoqur, savir, bulqar, varsaq və başqalarının əskidən Azərbaycanda yaşadıqları barədə bilgi üzə çıxır. Belə qəbiləbirləşmələrdən biri də Xaylandurq, Haylantürk, Saylantürklər olmuşlar. Bir çox araşdırmaçılar (V əsrin tarixçiləri Yeğişa, tanınmış bilici M.Markvart) Xaylantürklərin/Saylantürklərin Hun xaqanlarının ali ordası baş dəstəsi olduğunuda yazır. Deməli, Xaylantürklər/Saylantürklər Qafqazda yaşayan hunlardan imişlər.

 Həmişə məni Salyan adının mənası maraqlandırırdı. Çünki rəhmətlik atam Əşrəfin dayısı Qurban kişi deyərdi ki, bizim əslimiz Salyanlıdır. Hal-hazırda Rəncbər kəndində biz yeddi arxa dönənimizin şəcərəsini bilirik. Nəslimizin yeddinci şəcərəsi Ataxandır. Kənddə isə bizə "Abılı" deyirlər. Ataxanın dörd oğlu olub. Ondan biri, yəni Abı kəndə gəlib. Bütün nəsil ondan törəyib. İndi bizə "Abılılar" deyirlər.

   Saylantürk yəni "sayılantürk". Saylan sözünün kökü "say"dır. Say çoxmənalıdır. Onun "miqdar, saymaq", eləcə də "hörmət etmək" mənaları vardır. Başqırd dilində "h" ilə söylənilən sözlər digər türk dillərində "s" ilə deyilir. Misal üçün: hirkə-sirkə, harı-sarı. Bu misallardan aydın olur ki, bir sıra türklərdə, o cümlədən oğuzlarda "Haylan" "Saylan" olmuşdur.

            Sayılan xalq arasında deyilən o sayılan adamlardır. Sayaçı sözləri vardır.

           

                        Saya-saya-say bəylər,

                        Bir-birindən yey bəylər.

            Xaylantürk/Saylantürklər xaqanın ordası, seçilmiş dəstəsi olmuşdur. Sayılan sözünü oxuyarkən yadıma Sayıllı soyadı düşdü. Bu soyadı (hal-hazırda da bu soyadından istifadə edilir) sübut edir ki, bu şəhərin adı yerli qocaların dediyi kimi "su yuyan yer", bəzilərinin dediyi kimi "sal yan alan yer" deyil, "Saylan (Sayılan)"dır. Çünki türk qəbilələri düşdükləri yerə qəbilənin adına uyğun ad verərmişlər. Tək fikrim budur ki, şəhərə Saylan və yaxud Saylantürk adını verək və tarix gerçəkliyi bərpa edərək hay (erməni) şəkilçisindən azad olar.

 

 

                                                         Müəllif:                       Qənimət Haqsəda

                                                                                              Ünvan: Şirvan şəhəri, Şirvan küç., ev 11.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Həm müqaviləsi uzanır, həm maaşı artır

Həm müqaviləsi uzanır, həm maaşı artır

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

End of content

No more pages to load

RADİO