Moderator.az-ın verdiyi xəbərə görə, Qaramanın Ermenek Mahalında cinnət keçirən adam boşandığı həyat yoldaşı və 4 qohumunu öldürüb. Alınan məlumata görə, H.N. (25), 15 gün əvvəl boşandığı həyat yoldaşı Şerife Ş. (20) ilə danışmaq üçün Keşillek Məhəlləsindəki evinə gedib. Burada uşağını ona göstərmədiyi iddiasıyla köhnə yoldaşıyla mübahisə edən HN, yanında gətirdiyi ov tüfəngi ilə Şərifə Ş. , qaynanası, 2 baldızı və qayınanasının qardaşı oğlunu öldürüb.
H.N, hadisənin ardından polisə təslim olub.