Dünya
Bu gün 00:37
ABŞ Prezidenti Donald Tramp rüsumların tətbiqi ilə beş müharibəyə son qoyduqlarını iddia edib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə ictimai açıqlamasında bildirib.
“Dedim ki, müharibəni davam etdirsəniz, sizə 200 faiz rüsum tətbiq edəcəyik. Bundan sonra onlar dayandılar. Yəqin ki, Ukrayna və Rusiya ilə bağlı da dərhal eyni addımı atmalıyıq. Bu, əvvəllər heç ağlıma gəlməmişdi. Lakin biz onlardan kifayət qədər məhsul almırıq, buna görə də bu yanaşma işə yaramayacaq”, – deyə Tramp qeyd edib.
Bizim.Media