Dünya
Bu gün 21:40
Biləsuvar rayonunda ağacdan yıxılan kişi ağır xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yuxarı Cürəli kəndində baş verib.
Kənd sakini, 1989-cu il təvəllüdlü Elnur Məmmədov ağacda olarkən müvazinətini itirərək yerə yıxılıb. Bud sümüyü sınığı diaqnozu qoyulan yaralı Biləsuvar Rayon Xəstəxanasına çatdırılıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.
Sabutay, Bizim.Media, Cənub bürosu.