Dünya
Bu gün 23:26
İordaniyanın Kərak əyalətində naməlum silahlı şəxslər kilsənin daxilində atəş açıblar. Hadisə nəticəsində azı 7 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə İordaniyanın dövlət televiziyası məlumat yayıb.
Telekanalın məlumatına görə, atışmadan sonra hakimiyyət orqanları şübhəlilərin axtarışına başlayıb. Onların kimliyi, hücumun mümkün motivləri və hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
Yaralıların sayı, eləcə də ölənlər arasında kilsə üzvlərinin və ya əməkdaşlarının olub-olmadığı barədə məlumat verilmir.
Hadisənin başvermə şəraiti araşdırılır. İordaniya hakimiyyətinin rəsmi nümayəndələri hələlik insidentlə bağlı əlavə məlumat açıqlamayıblar.
Bizim.Media