Bakıda 33 yaşlı şəxsi qətlə yetirib, qardaşını yaralayıblar.
Bizim.Media xəbər verir ki, ağır cinayət ötən gecə paytaxtın Qardağ rayonu, Qobustan qəsəbəsində baş verib.
Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, qəsəbədə üç nəfər bıçaqlanıb. Hadisə zamanı 33 yaşlı qazi Rahib Əminov qətlə yetirilib.
Qətlə yetirilən Rahibin əmisi Qalib Cəfərov deyir ki, davanın nə üstündə olduğu bilinmir.
Hadisə şahidlərindən öyrəndik ki, əslində Vüqar Şirinzadə ilə Elmin Əmirov ilk olaraq mübahisə ediblər. Sonradan isə mübahisə kütləvi davaya çevirilib.
Qeyd edək ki, mərhum könüllü olaraq Vətən müharibəsində iştirak edib və yaralanıb. "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Faktla bağlı Qaradağ Rayon Prorkurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media