Dünya
Bu gün 23:38
Qara dənizdə Rumıniya sahillərində batan ticarət gəmisində olan azərbaycanlıların adları məlum olub.
Bizim.Media Axar.az-a istinadən xəbər verir ki, gəminin göyərtəsində olan üç Azərbaycan vətəndaşı xilas edilib.
Onlar Kənan Cabbar oğlu Həsənov, Rüfən Xaliq oğlu Əhmədov və İmran Hüseyn oğlu Tağıyevdir. Məlumata görə, hücum zamanı Rüfən Əhmədov yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Daha sonra xilas edilən üç azərbaycanlının hotelə yerləşdirildiyi bildirilir.
Onların fotosunu təqdim edirik:

Bizim.Media