Dünya
Bu gün 21:25
ABŞ İtaliyada həftəsonu gözlənilən etiraz aksiyaları ilə əlaqədar vətəndaşlarını diqqətli olmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.
“İtaliya ərazisində həftəsonu nümayiş və etirazların keçirilməsi ehtimalı yüksək olaraq qalır. Yerli hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirə, o cümlədən yolları bağlaya, hərəkəti məhdudlaşdıra və nümayişlərin keçiriləcəyi ərazilərdə təhlükəsizlik qüvvələrinin sayını artıra bilər. Nümayişlərdən və insanların sıx toplaşdığı yerlərdən uzaq durun”, – deyə açıqlamada qeyd olunub.
Bizim.Media