İdman
Bu gün 00:12
“Apple” şirkəti ilk qatlanan smartfonu “iPhone DUO” modelini bu gün satışa çıxarıb.
Bizim.Media xəbər verir ki, şirkət yeni modelin hələlik 70 ölkə üzrə satışını edəcək.
Başlanğıc qiyməti 1999 dollar (təxminən 3400 manat) olan smartfon elə ilk gündən satış rekordu qırıb.
Yeni model istifadəçilərə ekranı bölərək eyni anda 2 tətbiqdən istifadə etməyə şərait yaradır.
Bundan əlavə şəkil çəkdirən şəxs digər ekranla görüntünü eyni anda görmə imkanına malikdir.
Bizim.Media