“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

Cari ilin 21 sentyabr tarixində Saatlı rayonunda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş “Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, konfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində təşkil olunub və AKTA üzvü olan “Cybersign” şirkətinin tərəfdaşlığı ilə keçirilib. Tədbirin əsas məqsədi regionlarda kibertəhlükəsizlik sahəsində mövcud vəziyyət və çağırışları müzakirə etmək, rəqəmsal təhlükəsizliyin gücləndirilməsi üçün zəruri tədbirləri müəyyənləşdirmək, eləcə də aidiyyəti qurumlar və ekspertlər arasında əməkdaşlığı genişləndirmək olub.
 

Konfransın açılışında Saatlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Ağayeva, AKTA-nın İcraçı direktoru Rauf Cabarov və “Cyberpoint” şirkətinin direktoru, AKTA İdarə Heyətinin üzvü Elvin Balacanov çıxış ediblər. Çıxışlarda regionlarda rəqəmsal təhlükəsizliyin gücləndirilməsinin əhəmiyyəti, kibertəhlükəsizlik üzrə maarifləndirmənin genişləndirilməsi, müasir kibertəhdidlərə qarşı mübarizə və bu istiqamətdə qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi məsələləri diqqətə çatdırılıb.


Daha sonra “Cybersign” şirkətinin direktoru və layihə rəhbəri Elvin Axundov “Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsinin icrası, görülən işlər və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib.

Tədbirdə Mil-Muğan regionuna daxil olan rayonların rəsmi nümayəndələri iştirak edərək regionda kibertəhlükəsizlik sahəsində mövcud vəziyyət, qarşılaşdıqları əsas çağırışlar və onları narahat edən kibertəhdidlər barədə fikirlərini bölüşüblər. Müzakirələr zamanı regionlarda rəqəmsal təhlükəsizliyin təmin olunması və yerli səviyyədə görülə biləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Konfransın ekspert sessiyasında AKTA eksperti Lalə Kərimova əhalinin kibertəhlükəsizlik üzrə maarifləndirmə və hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə aparılan sorğunun nəticələrini təqdim edib. AKTA eksperti, “YER.az” şirkətinin təsisçisi və direktoru Rəşad Əliyev isə sahəvi rəqəmsal təhlükəsizlik məsələlərinə toxunaraq müasir kibertəhdidlər və onların qarşısının alınması ilə bağlı aktual məqamları iştirakçıların diqqətinə çatdırıb.
 

Tədbirin interaktiv hissəsində iştirakçıların kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının yoxlanılması məqsədilə “Kibertəhlükəsizlik simulyasiyası” viktorinası keçirilib. Sual-cavab sessiyasında isə AKTA ekspertləri Sadiq İsmayılov, Nicat Cahangirov və “Flex” şirkətinin direktoru Fuad Bəkirov iştirakçıların suallarını cavablandıraraq, regionlarda rəqəmsal təhlükəsizlik, müasir kibertəhdidlər və təhlükəsiz rəqəmsal davranış qaydaları ilə bağlı tövsiyələrini bölüşüblər.


Konfrans çərçivəsində layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə təşəkkür sertifikatları təqdim olunub. Həmçinin, layihə çərçivəsində AKTA üzvü olan “Cybersign” şirkətinin dəstəyi ilə keçirilən təlimləri uğurla tamamlayan iştirakçıların eyniadlı şirkətdə işlə təmin olunması və regionda fəaliyyət göstərərək yerli kadr potensialının inkişafına, eləcə də regionun kibertəhlükəsizlik hazırlığının gücləndirilməsinə töhfə verməsi qeyd edilib.

Tədbir çərçivəsində bilik və təcrübələrini iştirakçılarla bölüşən 7 təlimçiyə və təlim proqramını uğurla tamamlayan 21 iştirakçıya sertifikatlar təqdim olunub. Təlim proqramını başa vuran iştirakçılar Cisco Şəbəkə Akademiyasının “Kibertəhlükəsizliyin əsasları” mövzusu üzrə beynəlxalq sertifikatlarına layiq görülüblər.

Konfrans regionlarda kibertəhlükəsizlik sahəsində maarifləndirmənin genişləndirilməsi, yerli kadr potensialının gücləndirilməsi, dövlət qurumları, yerli strukturlar və ekspertlər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm müzakirə və təcrübə mübadiləsi imkanları yaradıb.

Qeyd edək ki, konfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən “Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsinin yekun tədbiri olaraq baş tutub.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Sumqayıtda avtomobil piyadanın həyatına son qoydu

Dizel bahalaşacaq...

Dizel bahalaşacaq...

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

İran təyyarələri heç bir ölkəyə uça bilməyəcək – ABŞ hədələdi

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Turan Tovuz” – “Fənərbağça” oyununun başlama vaxtı açıqlandı

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

“Regionlarda kibertəhlükəsizlik məsələləri” mövzusunda konfrans keçirildi - FOTO

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Ağdaş və Yevlax sakinlərinin NƏZƏRİNƏ

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

Səhhəti ağırlaşan Firuzə İbadovanın vəziyyəti AÇIQLANDI

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

“Elmlər”də avtobuslar gecikir - İynə atsan yerə düşməz – VİDEO

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

Səhər yeməyində böyrəklərə zərər verə bilən 5 MƏHSUL

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Tacir Şahmalıoğlu əməliyyat olundu

Tacir Şahmalıoğlu əməliyyat olundu

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

Bakıda yaşayış binasında başlayan yanğın söndürüldü- YENİLƏNİB

Bakıda yaşayış binasında başlayan yanğın söndürüldü- YENİLƏNİB

End of content

No more pages to load

RADİO