Ukraynanın paytaxtı Kiyevin Podolski rayonunda "Şahed" tipli zərbə PUA-sı 16 mərtəbəli yaşayış binasına dəyib.
Bizim.Media xəbər verir ki, Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) məlumatına görə, "Şəhər çiçəkləri" (qorod çvetov) yaşayış kompleksində baş verən zərbə nəticəsində binanın 14-cü və 15-ci mərtəbələrində güclü yanğın baş verib.
Hadisə yerindən yayılan kadrlarda binadakı yanğının getdikcə şiddətləndiyi görünür.
Fövqəladə hallar xidmətləri əraziyə cəlb olunub, xilasetmə və yanğınsöndürmə işləri davam etdirilir. Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Bizim.Media