Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar- Sürücü həbs edildi

Ötən ilin martında Şabran rayonunun Ağalıq kəndində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media “qafqazinfo.az”a xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəzaya səbəb olan traktor sürücüsü 1964-cü il təvəllüdlü Qüdrət Məlikova hökm oxunub.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs sürücülük hüququ olmadan traktorla Gəndob-Yalama yoluna çıxıb. Bu zaman qaydaları pozub və əsas yolda hərəkət edən nəqliyyat vasitəsinə yol verməyib. Nəticədə, “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı “VAZ”da olan sərnişinlərdən - 1992-ci il təvəllüdlü Aslanova Gülmirə Rəşid qızı hadisə yerindəcə həyatını itirib.

Onun övladı, eləcə də Şabran rayon sakinləri - 1995-ci il təvəllüdlü Cəfərova Nərminə İbrahim qızı, 2010-cu il təvəllüdlü Nuray Bayram qızı Əliyeva, 2021-ci il təvəllüdlü A.M. və 2018-ci il təvəllüdlü A.Z. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bildirilib ki, hadisə günü G.Aslanova övladı, bacısı qızı və digər tanışları ilə birlikdə kənd məktəbində Novruz bayramı şənliyində iştirak ediblər.

Onlar kənddən evə qayıdarkən dəhşətli hadisə ilə üzləşiblər. Məhkəmədə mərhumun həyat yoldaşı qəzaya səbəb olan traktor sürücüsündən şikayətçi olduğunu bildirib.

Məhkəmənin hökmü ilə Qüdrət Məlikov Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinib. Ona 6 il həbs cəzası verilib.

İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca qandallanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Şahed" dronu Kiyevdə 16 mərtəbəli yaşayış binasına çırpıldı – VİDEO

Dördüncü qızı doğuldu

Dördüncü qızı doğuldu

ABŞ öhdəliklərini yerinə yetirsə, İran dərhal… – Pezeşkian

ŞƏT-ə sədrlik Pakistana TƏHVİL VERİLDİ

ŞƏT-ə sədrlik Pakistana TƏHVİL VERİLDİ

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır -Azərbaycan hazır olmalıdır

Məktəbdə insident: 7-ci sinif şagirdi fizika müəlliminə bıçaqla hücum etdi - VİDEO

Tahir Şıxəliyev Türkiyədə keçirilən “Art Beyond Time” beynəlxalq sərgisində əsərlərini təqdim edib – FOTO

Kişi həyat yoldaşını girov götürərək qətlə yetirdi

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 46 cinayətin üstü açılıb

"ŞƏT plyus" sammitindən YENİ FOTOLAR

"ŞƏT plyus" sammitindən YENİ FOTOLAR

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verilir – VİDEO

Mehdibad sakinləri üfunətdən gileylənirlər - VİDEO

Mehdibad sakinləri üfunətdən gileylənirlər - VİDEO

Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar- Sürücü həbs edildi

Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar- Sürücü həbs edildi

İlham Əliyev: “Azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirirəm”

Qırğızıstanda dağa “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adı verildi

İlham Əliyevdən Slovakiya Prezidentinə MƏKTUB

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik məlumat yaydı

Ötən ay nə qədər ərazi mina və partlayıcılardan təmizlənib?

Prezident Bişkekdə Narendra Modi ilə görüşdü – FOTO

“ŞƏT plyus” sammitində liderlər birgə foto çəkdirdilər – VİDEO

Ceyhun Bayramov Əraqçi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi davam edir

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - FOTO -VİDEO

End of content

No more pages to load

RADİO