Qusar rayonu ərazisində yerləşən Heydər Əliyev zirvəsinə sentyabrın ilk günündə mövsümün ilk qarı yağıb.
Bu barədə Qusarın Ləzə kənd sakini Xalid Əzizov Bizim.Media-ya məlumat verib.
Dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəyə cüzi miqdarda qar düşüb. Yağan qarın bu mövsümün ilk qarı olduğu bildirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu