Abşeron rayonunun Mehdibad qəsəbəsi, Sülh küçəsində antisanitar vəziyyət hökm sürür.
Bizim.Media xəbər verir ki, oxu.az-a müraciət edən sakinlər bildiriblər ki, küçədə məişət tullantıları vaxtında ərazidən götürülmür və nəticədə yol kənarında böyük miqdarda zibil toplanıb.
"İydən boğuluruq, ətrafı üfunət bürüyüb", - deyə sakinlər bildiriblər.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Bizim.Media