Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin məbləği müəyyən edilib.

ADSEA yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 99-cu maddəsinə əsasən, su obyektlərindən istifadə ilə bağlı ödəniş növləri və qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Bu məqsədlə Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması” təsdiqlənib.

Qərara əsasən, ödənişlərin məbləği su obyektinin növündən – Xəzər dənizi, çaylar, göllər və yeraltı sulardan – və istifadə məqsədindən asılı olaraq fərqlənir. Tariflər götürülən və axıdılan suyun həcminə, həmçinin istifadə olunan su akvatoriyasının sahəsinə uyğun müəyyənləşdirilib.

Belə ki, Xəzər dənizindən sənaye məqsədilə götürülən hər 10 000 litr su üçün 4 qəpik ödəniş nəzərdə tutulub.

Çay və göllərdən sənaye məqsədilə götürülən hər 1 000 litr su üçün ödəniş 4 qəpik, kənd və meşə təsərrüfatı məqsədilə götürülən hər 10 000 litr su üçün 1 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən hər 100 000 litr su üçün isə 1 qəpik müəyyən edilib.

Yeraltı sulardan sənaye məqsədilə götürülən hər 1 000 litr su üçün ödəniş 40 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən hər 100 000 litr su üçün isə 2 qəpik təşkil edir.

Tullantı sularının su obyektlərinə axıdılmasına görə də ödənişlər müəyyənləşdirilib.

Xəzər dənizinə məişət və sənaye tullantı sularının axıdılması zamanı hər 1 000 litr üçün 1 qəpik, çay və göllərə məişət tullantı sularının axıdılması zamanı hər 1 000 litr üçün 1 qəpik, sənaye tullantı sularının axıdılması zamanı isə hər 1 000 litr üçün 4 qəpik ödəniləcək.

Tullantı suları sutəmizləyici qurğular vasitəsilə müəyyən edilmiş normalara uyğun səviyyəyə çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda, ödənişlərə 0,7 əmsalı tətbiq ediləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə müqavilə formasının təsdiqlənməsi tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, sudan istifadə şərtlərinin aydın şəkildə əks etdirilməsinə, həmçinin bu sahədə hesabatlılıq və şəffaflığın təmin olunmasına xidmət edir.

Yeni ödəniş mexanizminin su ehtiyatlarından səmərəli və məqsədyönlü istifadənin təşviqinə, sudan istifadə sahəsində uçot və hesabatlılığın gücləndirilməsinə, su ehtiyatlarının mühafizəsi və dayanıqlı idarə olunmasına xidmət edəcəyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

ABŞ və Şimali Koreya arasında sammit keçiriləcək?

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

Nurlan Valehoğlu yeni vəzifəyə təyin edildi – FOTO

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

İspaniya və Yunanıstan qarşısında tələb: Ukraynaya "Patriot" raketləri verilməlidir

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Prezidentin Bişkekdə keçirdiyi görüşlərin VİDEO İCMALI

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Ceyhun Bayramov Bişkekdə Pakistan XİN rəhbəri ilə görüşdü – FOTO

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi BAŞLAYIR

Dələduzluğa görə tutulan mayora hökm oxundu

Dələduzluğa görə tutulan mayora hökm oxundu

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürdü

Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürdü

Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Su ilə bağlı yeni ödənişlərin MƏBLƏĞİ AÇIQLANDI - RƏSMİ

Qayıdışın ritmi – “Yallı” ilə köklənən Kəlbəcər – FOTO/VİDEO

Qayıdışın ritmi – “Yallı” ilə köklənən Kəlbəcər – FOTO/VİDEO

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

Qusarın Heydər Əliyev zirvəsinə mövsümün ilk qarı yağıb

Azərbaycanda balıq ovu mövsümü açıq ELAN EDİLDİ

Azərbaycanda balıq ovu mövsümü açıq ELAN EDİLDİ

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

İlham Əliyev Vladimir Putinlə ayaqüstü söhbət etdi – FOTO/VİDEO

İlham Əliyev Vladimir Putinlə ayaqüstü söhbət etdi – FOTO/VİDEO

Ağdaşda FACİƏ - 31 yaşlı kişini qatar vuraraq öldürdü

Ağdaşda FACİƏ - 31 yaşlı kişini qatar vuraraq öldürdü

İllik 8,5 milyon qazanır, 8 minlik avtomobil sürür

İllik 8,5 milyon qazanır, 8 minlik avtomobil sürür

Azərbaycanın Asiya-Avropa ticarət əlaqələrində mühüm logistika qovşağına çevrilməsi ŞƏT məkanında da mövqeyini gücləndirir

Azərbaycanın Asiya-Avropa ticarət əlaqələrində mühüm logistika qovşağına çevrilməsi ŞƏT məkanında da mövqeyini gücləndirir

Ufa-Antalya reysi ilə uçan təyyarə Kayseridə təcili eniş etdi

Ufa-Antalya reysi ilə uçan təyyarə Kayseridə təcili eniş etdi

Bakıda ev almağın ən sərfəli yolu budur

Bakıda ev almağın ən sərfəli yolu budur

"Şahed" dronu Kiyevdə 16 mərtəbəli yaşayış binasına çırpıldı – VİDEO

"Şahed" dronu Kiyevdə 16 mərtəbəli yaşayış binasına çırpıldı – VİDEO

Dördüncü qızı doğuldu

Dördüncü qızı doğuldu

End of content

No more pages to load

RADİO