Azərbaycanın Asiya-Avropa ticarət əlaqələrində mühüm logistika qovşağına çevrilməsi ŞƏT məkanında da mövqeyini gücləndirir

Azərbaycanın xarici siyasət doktrinasında və iqtisadi əlaqələr sistemində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bir platforma kimi getdikcə daha böyük önəm kəsb edir. Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiya dövlətlərini özündə birləşdirən, ümumilikdə 3,4 milyarddan çox insanı və dünya iqtisadiyyatının böyük hissəsini əhatə edən bu təşkilatın qlobal iqtisadi, geosiyasi çəkisi artdıqca, əməkdaşlıq perspektivləri də genişlənir. Prezident İlham Əliyevin ŞƏT tədbirlərində iştirakı isə rəsmi Bakının bu təşkilatla münasibətlərə strateji əhəmiyyət verdiyini göstərən mühüm mesaj kimi dəyərləndirilə bilər.

Rəqəmlərə baxsaq, ŞƏT məkanı təxminən 36 milyon kvadratkilometr ərazini əhatə edir, dünya ÜDM-nin təxminən 25 faizini və beynəlxalq ticarətin 15 faizindən çoxunu formalaşdırır. Hazırda baş verən qlobal qarşıdurmalar və kataklizmlər fonunda Şanxay Əməkdaşlıq Təşkilatının dünya iqtisadiyyatı üçün önəmini anlamaq çətin deyil.

Azərbaycan ŞƏT-də dialoq tərəfdaşı statusuna malik olsa da, təşkilata üzv dövlətlərin ölkəmizlə xarici ticarət döriyyəsi kifayət qədər böyük çəkiyə malikdir. 

Statistikaya nəzər salsaq, 2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin 10 faizi Rusiyanın, 9,9 faizi Çinin, 1,6 faizi Özbəkistanın, 1,4 faizi Qazaxıstanın, 1,3 faizi İranın, 0,9 faizi Belarusun, 0,8 faizi isə Hindistanın payına düşüb. Yalnız bu yeddi ölkənin payını topladıqda 25,9 faiz göstəricisi alınır.

Pakistan, Qırğızıstan və Tacikistanı da nəzərə alsaq, ŞƏT üzvü ölkələrin Azərbaycanın xarici ticarətindəki faktiki payının daha yüksək olduğu faktdır. Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən yüksək səviyyəli görüş, Prezident İlham Əliyevin görüşdə iştirakı üzv dövlətlər, xüsusilə Mərkəzi Asiya ölkələri ilə siyasi-iqtisadi əlaqələrin genişləndirilməsi baxımından öz rolunu oynayacağına da əminik.

 

Heç şübhəsiz ki, Dövlət başçısının keçirdiyi ikitərəfli görüşlər, aparılan müzakirələr Azərbaycan, Qırğızıstan və regionun digər ölkələri arasında ticarət dövriyyəsinin artmasına da öz töhfəsini verəcək. Bu görüşlərdə sənaye kooperasiyasının inkişafı və investisiyaların cəlb olunmasının əsas müzakirə predmeti təşkil etməsi də dediklərimizə sübutdur.


Ancaq rəsmi Bakının ŞƏT üçün əhəmiyyəti yalnız ticarət əlaqələri ilə məhdudlaşmır. Azərbaycanın ŞƏT məkanında iqtisadi əhəmiyyətini gücləndirən ən əsas məqam ölkəmizin tranzit imkanları, Orta Dəhlizin əsas halqalarından biri olmasıdır. Başqa sözlə ifadə etsək, Azərbaycan təşkilatın əsas iqtisadi mərkəzləri olan Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi üzərindən Türkiyə və Avropa ilə birləşdirən mühüm nəqliyyat marşrutunun üzərində yerləşir.

Bu baxımdan Orta Dəhlizin inkişafı Azərbaycanın ŞƏT məkanındakı iqtisadi və tranzit rolunu daha da gücləndirə bilər.

Orta Dəhliz artıq yalnız tranzit marşrutu yox, getdikcə daha çox ticarət dəhlizinə çevrilir. Dünya iqtisadiyyatında baş verən qlobal risklər və məlum qarşıdurmalar fonunda beynəlxalq tələbatın artması ilə marşrut üzrə daşımaların həcmi də yüksəlir. Rəqəmsal həllərin tətbiqi isə yüklərin izlənməsi, logistika proseslərinin idarə olunması və iştirakçı ölkələr arasında koordinasiyanın yaxşılaşdırılmasına imkan verir. Digər tərəfdən Orta Dəhlizin əsas seqmentlərindən biri Bakı Beynəlxalq Dəniz Ticarət Limanın 2025-ci ilin 11 ayında təxminən 8 milyon ton karqo qəbul etdiyi, növbəti illərdə isə bu rəqəmin 25 milyon tona yüksəldiləcəyi qeyd olunur.

Limanda yük emalı həcminin 2025-ci ildə 40 faiz artmasını isə  marşrut üzrə ticarət və tranzit axınlarının genişləndiyinin göstəricisi saymaq olar.

Artan yük həcmləri, rəqəmsal logistika imkanlarının genişlənməsi və liman infrastrukturunun inkişafı Orta Dəhlizin gələcəkdə Asiya ilə Avropa arasında daha rəqabətqabiliyyətli alternativ marşruta çevrilməsinə şərait yaradacağına şübhə yeri qoymur. Nəticədə Azərbaycan yalnız Orta Dəhlizin tranzit ölkəsi kimi deyil, Asiya-Avropa ticarət əlaqələrində mühüm logistika qovşağı kimi mövqeyini qoruyur ki, bu da onun ŞƏT məkanında starteji önəmini daha yüksək səviyyəyə qaldıracaq.

Beləliklə, dünyanın hər 4 dollar ÜDM-indən təxminən birinin formalaşdığı və əhalisinin təxminən yarısının yaşadığı nəhəng iqtisadi məkanla münasibətlərin genişləndirilməsi Azərbaycan üçün mühüm perspektivlər vəd edir. Bu əməkdaşlıq ölkəyə yalnız siyasi və diplomatik imkanlar deyil, eyni zamanda ticarət dövriyyəsinin artırılması, investisiyaların cəlb edilməsi, tranzit gəlirlərinin yüksəldilməsi və logistika imkanlarının genişləndirilməsi baxımından ciddi iqtisadi üstünlüklər qazandıra bilər.

Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

ABŞ-ın Energetika naziri: Rusiya neftinə qarşı sanksiyalar yumşaldılmayıb

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub etdi

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

ABŞ Çinlə danışıqlara başladı: Rusiyaya qarşı yeni rüsumlar gündəmdə

İran da qırıcı təyyarə istehsal edir?

İran da qırıcı təyyarə istehsal edir?

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Filipp Kirkorov necə vəfat etmək istədiyini açıqladı

Qazaxda avtomobil su arxına düşdü

Qazaxda avtomobil su arxına düşdü

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

İsraildən uçan təyyarədə bomba həyəcanı - Təcili eniş etdi

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Rusiyada ən böyük gizli şəbəkə ifşa edildi - Yarım trilyon rubl mənimsəyiblər?

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Litva Ermənistandan gətirilən yaşıl çay partiyasını Aİ ərazisinə buraxmadı

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Peter Madyar Viktoriya Orbanı dövlət çevrilişinə cəhddə ittiham etdi

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Makron xalqa müraciət etdi: “Hökumət qiymət artımı ilə məşğul olacaq”

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Türkiyə Rusiyadan dizel yanacağı alacaq

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

Bakının bu rayonunda 2 gün su olmayacaq - XƏBƏRDARLIQ

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

ABŞ-ın Maliyyə naziri Ukraynanı müttəfiq adlandırmadı

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

Fransada kütləvi iğtişaşlar zamanı Messinin imzalı forması oğurlandı - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

İstanbulda Şişli konsertində halı pisləşən şəxslərdən ikisi vəfat etdi - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Vladiqafqazın mərkəzində atışma: MMA döyüşçüsü yaralandı - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

Netanyahu Trampa təşəkkür etdi - VİDEO

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

İğtişaşlar İtaliyaya nə qədər ziyan vurub?

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Şəhərin mərkəzində bina qəzalı vəziyyətdə: Sakinlərin həyatı təhlükədədir - VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Gəncədə ağır qəza: 2 avtomobil toqquşdu - FOTO-VİDEO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

Vətən Müharibəsi şəhidi Şaiq Kəlbiyevin anım mərasimi keçirildi - FOTO

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

ABŞ-ın Dövlət katibi Özbəkistandadır

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - VİDEO

End of content

No more pages to load

RADİO