NASA-nın yeni Nancy Grace Roman kosmik teleskopu 5 illik missiya üçün kosmosa göndərilib.
Bizim.Media xəbər verir ki, aparat 30 avqustda SpaceX-in Falcon Heavy raketi ilə Floridadakı Kennedi Kosmik Mərkəzindən orbitə çıxarılıb.
Teleskop Hubble-dan 100 dəfə daha geniş səma sahəsini müşahidə edə biləcək. Alimlər onun vasitəsilə 2 milyarddan çox qalaktika və milyardlarla ulduz haqqında məlumat toplamağı, kainatın təkamülünü və genişlənməsini, həmçinin ekzoplanetləri araşdırmağı planlaşdırırlar.
İlk görüntülərin gələn ilin əvvəlində yayımlanması gözlənilir.
Bizim.Media