Şimali Kiprin Girnə sahillərində qəzaya uğrayan gəminin 19 sərnişinin axtarışları davam edir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X" sosial şəbəkə hesabında bildirib.
"240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir", nazir qeyd edib.
Onun sözlərinə görə, Sahil Mühafizə Komandanlığı tərəfindən bölgədə 5 üzən vasitə və 2 helikopter ilə axtarış-xilasetmə işləri həyata keçirilir.

Bizim.Media