Pakistanın xarici işlər naziri İshaq Dar və Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda görüş keçiriblər.
Bizim.Media xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi, müdafiə və mədəni sahələrdə əlaqələrin gücləndirilməsi qeyd olunub.
Tərəflər yaxın vaxtlarda Pakistan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasını keçirmək barədə razılığa gəliblər.
Nazirlər həmçinin regional və beynəlxalq məsələləri müzakirə edib, regionda sülh və sabitliyin təmin olunması üçün birgə fəaliyyətə hazır olduqlarını bildiriblər.
Bizim.Media