Kiyev vilayətinə endirilən zərbə və ardınca baş verən partlayış nəticəsində 38 nəfər ölüb, 51 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyası məlumat yayıb. Yaralananlar arasında 5 uşaq da var.
Mila kəndi və ətraf yaşayış məntəqələrində təxminən 300 obyektə ziyan dəyib. Onların arasında 200-dən çox fərdi yaşayış evi və 14 çoxmərtəbəli bina var.
Bizim.Media