Çin və Rusiya İrtış çayının daxili yükdaşıma dəhlizinə çevrilməsi imkanını nəzərdən keçirirlər.
Bizim.Media xəbər verir ki, bu barədə South China Morning Post ekspertlərə istinadən yazıb.
Layihə Çinə Berinq boğazından yan keçərək Şimal Buzlu okeanına çıxış imkanı verə bilər. İrtış Çin, Qazaxıstan və Rusiyadan keçir və uzunluğu təxminən 4 248 kilometrdir.
Lakin çayın ilin 6 ayınadək donması, lillənmə və böyük maliyyə xərcləri layihənin qarşısında ciddi maneələr yaradır. Ekspertlər bunun üçün Çin, Rusiya və Qazaxıstan arasında üçtərəfli razılaşmanın vacib olduğunu bildirirlər.
Bizim.Media