Belçika hakimiyyəti və NATO-nun təhlükəsizlik xidmətləri Çin əsilli Kanada vətəndaşı Kler Çjanın casusluqda və cinayətkar təşkilatda iştirakda şübhəli bilinməsi ilə bağlı araşdırma aparır.
Bizim.Media xəbər verir ki, Çjan NATO-nun Avropadakı Müttəfiq Qüvvələrin Ali Qərargahında (SHAPE) süni intellekt və kibertəhlükəsizlik sahəsində staj keçib.
O, 2026-cı ilin əvvəlindən əks-kəşfiyyatın diqqətində olub. İstintaq onun Çinlə əlaqələrinin olub-olmadığını və mümkün tərəfdaşlarının olub-olmadığını araşdırır.
Çjanın Çinə işləməsi ilə bağlı ittihamlar isə hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Bizim.Media