Avropanın qaz anbarları avqustun sonunda cəmi 63,8% doludur.
Bizim.Media xəbər verir ki, bu göstərici əvvəlki illərin orta səviyyəsindən xeyli aşağıdır və treyderlər qışda qaz qiymətlərinin kəskin artacağından ehtiyatlanırlar.
Qazın qiyməti artıq 3 ilin maksimumuna – 68 avro/MVt·saata yüksəlib. Goldman Sachs analitikləri isə qış tələbatını qarşılamaq üçün qiymətin 100 avrodan yuxarı qalxa biləcəyini bildirirlər.
Avropa həmçinin mayeləşdirilmiş təbii qaz (LNG) uğrunda Asiya ilə rəqabət aparır. Yaxın Şərqdəki müharibə və LNG tədarükündə problemlər vəziyyəti daha da çətinləşdirir.
Ekspertlər fiziki qaz çatışmazlığının hələ gözlənilmədiyini, lakin yüksək qiymətlərin Avropa istehlakçıları üçün ciddi problem yaradacağını bildirirlər.
Bizim.Media