SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun vəfatının 4-cü ildönümü ilə bağlı yaxınları onun Moskvadakı Novodeviçye qəbiristanlığında yerləşən məzarını ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, Qorbaçov Fondunun məlumatına görə, siyasətçinin qızı atasının məzarına gələ bilməyib. Buna səbəb logistika ilə bağlı çətinliklər göstərilib.
Məzarı ziyarət edənlər arasında Qriqori Yavlinski, “Yabloko” partiyasının sədri Nikolay Rıbakov və jurnalist Yuri Rost da olub. Qəbir güllərlə örtülüb.
Bizim.Media