Nepalda daşqın nəticəsində ölənlərin sayı 669 nəfərə çatıb.
Bizim.Media "Report"a istinadən xəbər verir ki, yenilənmiş məlumatları ölkə hökuməti açıqlayıb.
Bildirilib ki, 2 426 nəfər itkin düşmüş hesab olunur.
Bundan əvvəl Nepalın Təbii Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi üzrə Milli İdarəsi xilas edilən 4 451 nəfər və xəstəxanalarda müalicə alan 101 zərərçəkən barədə məlumat vermişdi.
Bizim.Media