Rusiyanın Ukraynanın Kiyev vilayətinin Buça rayonuna zərbəsi nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.
***14:07
Rusiyanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi zərbə nəticəsində 27 nəfər ölüb, 40-dan çox yaralı var.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında bildirib.
Onun sözlərinə görə, ölənlər arasında zərbədən sonra hadisə yerinə ilk gedənlərdən biri olan Dmitrovka icmasının rəhbəri Taras Didıç da var.
Hadisə yerində qəza-xilasetmə və yanğınsöndürmə işləri və dağıntıların təmizlənməsi tədbirləri davam edir.
Fövqəladə hadisə zonasından 59-u uşaq olmaqla 381 nəfər təxliyə edilib.
İlkin məlumatlara görə, 50-yə yaxın yaşayış evi müxtəlif dərəcəli zərər görüb.
Bizim.Media