Türkiyə Qara dənizdə türk şirkətinin idarə etdiyi iki gəminin hədəfə alınmasına görə Ukraynanın Ankaradakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Bizim.Media "TRT Haber"ə istinadən xəbər verir ki, avqustun 26-da “Lider Bordo Mavi” adlı türk şirkətinə məxsus gəmi Qara dənizdə Tuapse sahillərində vurulub.
Hadisədən sonra gəmini yedəyə almaq üçün avqustun 27-də bölgəyə göndərilən “Lider Kocatepe” gəmisi də hədəfə alınıb.
Bundan sonra Ukraynanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Türkiyənin baş verən hücumlarla bağlı narazılığı Ukrayna tərəfinə çatdırılıb. Həmçinin Qara dənizdə insanların və əmlakın təhlükəsizliyinin, gəmiçiliyin və ətraf mühitin qorunmasının təmin edilməsinin vacibliyi vurğulanıb.
Bizim.Media