Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndiriləcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilən müvafiq qanun sentyabrın 5-dən qüvvəyə minəcək.

Qanuna əsasən, texniki reqlamentlər və istinad edilmiş standartlar tətbiq olunan mallar ölkəyə gətirilərkən onların təhlükəsizlik tələblərinə uyğunluğunu təsdiq edən sənədlər – uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və ya tanınmış xarici mənşəli uyğunluq sənədləri gömrük orqanlarına təqdim edilməlidir.
 

Bununla əlaqədar Gömrük Məcəlləsinin həm gömrük orqanlarının hüquqlarını, həm də gömrük nəzarətinin formalarını müəyyən edən maddələrinə dəyişiklik ediləcək. Dəyişikliklər gömrük əməkdaşlarına idxal olunan malların qeyd olunan uyğunluq sənədləri ilə müşayiət olunmasını yoxlamaq səlahiyyəti verəcək.


“Texniki tənzimləmə haqqında” qanunun tələblərinə görə texniki reqlamentlərə uyğun olmayan və ya uyğunluğu qiymətləndirilməmiş məhsulların istehsalı, satışı, idxalı və istifadəsi qadağandır.

Qanunun məqsədi texniki reqlamentlərin tələblərinə cavab verməyən və təhlükəli hesab olunan qeyri-qida istehlak mallarının ölkəyə gətirilməsinin qarşısını almaq, idxal nəzarəti mexanizmini təkmilləşdirmək və istehlakçıların təhlükəsizliyini artırmaqdır.

Yeni qaydalar yerli və xarici mənşəli məhsullar üçün eyni tələblərin tətbiqini təmin edəcək, rəqabət mühitinin qorunmasına və yerli istehsalın dəstəklənməsinə xidmət edəcək. Eyni zamanda insanların həyatı və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlət maraqlarına təhlükə yarada biləcək məhsulların idxalının qarşısı alınacaq.
 

Qanunda qeyri-qida mallarının idxalı ilə məşğul olan sahibkarların yeni tələblərə uyğunlaşması üçün 24 aylıq keçid dövrü də nəzərdə tutulub. Dəyişikliklər texniki reqlamentlər və istinad edilmiş standartlar qüvvəyə mindikdən 2 il sonra idxal olunan mallara şamil ediləcək.


Qeyd edək ki, Prezident İlham Əliyevin avqustun 6-da imzaladığı bu qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Fərman da sentyabrın 5-də qüvvəyə minəcək. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi – Rəsmi

“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi – Rəsmi

Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI

Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI

DİQQƏT! Bakı-Naxçıvan aviareysləri təxirə salındı – SƏBƏB

DİQQƏT! Bakı-Naxçıvan aviareysləri təxirə salındı – SƏBƏB

UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi AÇIQLANDI

UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi AÇIQLANDI

Gəlininin məzarını ziyarət edən qayınata faciəvi şəkildə həyatını itirdi

Gəlininin məzarını ziyarət edən qayınata faciəvi şəkildə həyatını itirdi

Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 37 nəfərə çatdı -YENİLƏNİB - VİDEO

Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 37 nəfərə çatdı -YENİLƏNİB - VİDEO

Bakıda 3 gün yağış yağacaq, leysan olacaq – XƏBƏRDARLIQ

Bakıda 3 gün yağış yağacaq, leysan olacaq – XƏBƏRDARLIQ

Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

AAYDA vətəndaşlara müraciət etdi

AAYDA vətəndaşlara müraciət etdi

BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı

BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı

“Mən hələ də ona eyni sevgi ilə baxıram“

“Mən hələ də ona eyni sevgi ilə baxıram“

Gədəbəy dağlarında gizlənən iki minillik SİRR – Boyları 2 metr olan skeletlər aşkarlandı – FOTO

Gədəbəy dağlarında gizlənən iki minillik SİRR – Boyları 2 metr olan skeletlər aşkarlandı – FOTO

Məktəbi yarımçıq qoydu, 25 yaşında Avropanın ən gənc self-made milyarderi oldu

Məktəbi yarımçıq qoydu, 25 yaşında Avropanın ən gənc self-made milyarderi oldu

Doktorantlara hərbi xidmətdən möhlət verilir - Şərt

Doktorantlara hərbi xidmətdən möhlət verilir - Şərt

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO

Azərbaycanda nağdsız ödənişlər ARTIB

Azərbaycanda nağdsız ödənişlər ARTIB

Kerem Bürsin əməliyyat olundu

Kerem Bürsin əməliyyat olundu

Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb

Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb

Həmin obraz tanınmış aktyora verildi

Həmin obraz tanınmış aktyora verildi

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

“Mənim dayağım, həyat yoldaşım” - Foto

“Mənim dayağım, həyat yoldaşım” - Foto

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

3 yaşında taxta çıxan dünyanın ən gənc kralı öldü

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

Övladlığa götürülən uşaqların sayında kəskin AZALMA – Səbəb nədir?

End of content

No more pages to load

RADİO