Pakistanın Hayber-Paxtunxva əyalətində Kalaçi polis rəisinin müavini Kifayətullah Marvatın avtomobilinə silahlı hücum edilib. Hadisə Dera-İsmayıl-Xan dairəsindəki Dera-Tank avtomobil yolunda qeydə alınıb.
Bizim.Media Oxu.Az-a istinadən xəbər verir ki, naməlum şəxslərin xidməti maşını atəşə tutması nəticəsində nəqliyyat vasitəsi zədələnərək aşıb.
Qurulan pusqu nəticəsində sözügedən yüksəkrütbəli zabit və bir qadın polis də daxil olmaqla, ümumilikdə 5 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Yaralılar dərhal yerli dairə xəstəxanasına çatdırılıblar. Hazırda təhlükəsizlik qüvvələri tərəfindən cinayətkarların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bizim.Media