Amerikalı astronomlar Yeri kürəsinin məhv olacağı tarixi açıqlayıb.
Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, onlar Günəşə bənzər ulduzların həyatlarının son mərhələsində necə dəyişdiyini müşahidə etməklə 5 milyard ildən sonrakı proseslər və Günəşin taleyi haqqında təsəvvür yarada bilirlər.
Bu proses çərçivəsində Yerdən təxminən 5 min işıq ili uzaqlıqda, Əkizlər bürcündə yerləşən NGC 2392 planetar dumanlığı tədqiq olunub. NASA-nın məlumatına görə, bu obyekt Günəşə bənzər bir ulduzun həyatının son mərhələsini əks etdirir.
Ulduzlar həyatlarının böyük hissəsində nüvələrində hidrogeni heliuma çevirərək enerji yaradır. Lakin nüvədə hidrogen ehtiyatı tükəndikcə ulduzun daxili quruluşu dəyişir və o, sürətlə genişlənərək qırmızı nəhəng mərhələsinə keçir.
Günəşin də təxminən 5 milyard ildən sonra bu mərhələyə çatacağı gözlənilir. NASA-nın məlumatına əsasən, həmin dövrdə Günəş indiki ölçüsündən 100 dəfədən çox böyüyə bilər.
Merkurinin və Veneranın, böyük ehtimalla isə Yerin də bu proses nəticəsində məhv olması mümkündür. Daha uzaqdakı planetlərin taleyi isə tam aydın deyil.
Bizim.Media