Ödənişli ixtisas seçiminə artan MARAQ - Abituriyentlər pulsuz DİM məsləhətindən niyə imtina edir?

İxtisas seçimi davam edir və bu, abituriyentlər üçün gələcək təhsil yolunu müəyyənləşdirən vacib mərhələlərdən biridir. Buna görə də bir çox şagird və valideyn düzgün seçim etmək üçün mütəxəssislərə müraciət edirlər. Lakin bu xidmətlərin qiyməti bəzən 100-150 manatdan başlayır, tanınmış ekspertlərdə isə daha yüksək ola bilir. Halbuki Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent Məsləhət Mərkəzləri”ndə ixtisas seçimi ilə bağlı məsləhətlər ödənişsiz təqdim olunur.

DİM sədri Məleykə Abbaszadə də sosial şəbəkə hesablarından abituriyentləri ödənişli xidmətlərdən yararlanmaq əvəzinə “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət etməyə çağırıb.

Bəs buna baxmayaraq, namizədlər niyə ödənişli xidmətlərə üstünlük verirlər?

İxtisas seçimi həqiqətən bu qədər mürəkkəb prosesdir, yoxsa abituriyent və valideynlər ödənişli xidməti daha etibarlı hesab edirlər?

Məsələ ilə bağlı təhsil eksperti Afərim Seyidova Bizim.Media-ya açıqlamasında bildirir ki, burada ödənişli ixtisas seçimi edənlərin reklamı böyük rol oynayır:

“Ödənişli və ödənişsiz xidmətlər arasında müəyyən fərqlər mövcuddur. Ödəniş alan şəxs daha məsuliyyətli yanaşır və çox vaxt ayırır. Sadəcə 10-15 dəqiqə vaxt ayırıb yüksək məbləğ tələb edənlər də var. Abituriyent isə ödədiyi məbləğin qarşılığında həmin ekspertin onu mütləq universitetə yerləşdirəcəyini düşünür.

Bir qədər də ödənişli ixtisas seçimi edənlərin sosial şəbəkələrdə paylaşdığı, bəzən artıq fantastik vədlər bununla bağlıdır. Məsələn, 60 balla müəyyən ixtisasa tələbə yerləşdirdiklərini deyirlər. Əslində isə söhbət 60 baldan deyil, qabiliyyət imtahanı verən abituriyentlərdən gedir və həmin ixtisaslarda ballar fərqli hesablanır. Yəni, burada reklam və sosial şəbəkələr mühüm rol oynayır”.

Abituriyent Məsləhət Mərkəzlərinin böyük üstünlüyü var 

A.Seyidovanın sözlərinə görə, “Abituriyent Məsləhət Mərkəzləri”ndə namizədə müəyyən qaydalar, ixtisas seçimi, plan yerləri və digər məsələlər izah olunur. Bunlar məhz Dövlət İmtahan Mərkəzinin fəaliyyəti olduğu üçün etibar etmək lazımdır:

“Ödənişli fəaliyyət göstərən ekspertlərin bu sahədə illərlə əldə etdikləri təcrübə və nəticələri var. Onlar daha çox abituriyentin gələcək karyera planları ilə bağlı məsləhət verirlər, ixtisasa marağını ətraflı soruşurlar və fərdi seçim strategiyası hazırlayırlar. Burada ödəniş etdikdə daha çox gözlənti yaranır.

Əsas məsələ keyfiyyət və obyektivlikdir. Keyfiyyət ondan ibarətdir ki, birinci növbədə abituriyentin marağı, potensialı, gələcək əmək bazarında verə biləcəyi töhfələr və kompetensiyaları nəzərə alınsın. Vacib məqamlardan biri də son rəsmi qərarları izləməkdir. İxtisas seçiminə gedən abituriyent və valideyn özü bu məlumatlardan xəbərdar olmalıdır”.

Ödənişli və ödənişsiz xidmət bir-birinə rəqib olmamalıdır

“DİM-in rəsmi fəaliyyət göstərən məsləhət mərkəzləri ilə ödənişli ixtisas seçimi edən mütəxəssisləri bir-birinə rəqib kimi görmürük. Hətta onlar bir-biri ilə əməkdaşlıq etməlidir.

Dövlət İmtahan Mərkəzi bu sahədə illərdir təcrübəsi olan özəl mütəxəssisləri dəvət edə və onları öz məsləhət xidmətlərinə cəlb edə bilər. DİM ödənişli əsaslarla belə bir məsləhət xidməti də yarada bilər. DİM-in məsləhət xidməti rəsmidir, ödənişsizdir və qaydaları daha yaxşı bilir. Fərdi ekspertlər isə təcrübələri əsasında müəyyən seçim strategiyaları bilirlər”, - ekspert vurğulayıb.

Qeyd edək ki, “Abituriyent Məsləhət Mərkəzi” Bakı şəhəri üzrə Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitet, Milli Konservatoriya, Neft və Sənaye Universiteti, Sumqayıtda Sumqayıt Dövlət Universiteti, Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti və Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə, Şəmkir regional bölmələrində həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər.



Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Vüsal Nəsirli özünə müşavir təyin etdi - FOTO

Vüsal Nəsirli özünə müşavir təyin etdi - FOTO

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac: Minədək avtomobil növbədədir

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac: Minədək avtomobil növbədədir

Seutadakı İspaniya hərbçiləri arasında qotur xəstəliyi yayıldı

Seutadakı İspaniya hərbçiləri arasında qotur xəstəliyi yayıldı

Azərbaycanda da hamı bundan alır – Amma gərəksiz imiş

Azərbaycanda da hamı bundan alır Amma gərəksiz imiş

Qril toyuq həqiqətən zərərlidirmi?— Diyetoloqlar cavab verdi

Qril toyuq həqiqətən zərərlidirmi?— Diyetoloqlar cavab verdi

Səudiyyə Ərəbistanı tarixində ilk: Qadın baş konsul təyin edildi

Səudiyyə Ərəbistanı tarixində ilk: Qadın baş konsul təyin edildi

Ermənistanda küçəyə İran şəhərinin adı verildi

Ermənistanda küçəyə İran şəhərinin adı verildi

Azərbaycan CNN-ni MƏHKƏMƏYƏ VERDİ

Azərbaycan CNN-ni MƏHKƏMƏYƏ VERDİ

Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI

Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

Ödənişli ixtisas seçiminə artan MARAQ - Abituriyentlər pulsuz DİM məsləhətindən niyə imtina edir?

Ödənişli ixtisas seçiminə artan MARAQ - Abituriyentlər pulsuz DİM məsləhətindən niyə imtina edir?

Prezident təqaüdçüləri ailə qurur– FOTO

Prezident təqaüdçüləri ailə qurur– FOTO

Kliçkodan keçmiş həyat yoldaşının ölümü ilə bağlı AÇIQLAMA – FOTO

Kliçkodan keçmiş həyat yoldaşının ölümü ilə bağlı AÇIQLAMA – FOTO

Axirət günü nə vaxt olacaq? -Tarix AÇIQLANDI

Axirət günü nə vaxt olacaq? -Tarix AÇIQLANDI

“Metropark”da yanğın- FOTO+VİDEO

“Metropark”da yanğın- FOTO+VİDEO

Böyük çay xəritədən SİLİNİR - Quraqlıq başlayıb, sular çəkilib

Böyük çay xəritədən SİLİNİR - Quraqlıq başlayıb, sular çəkilib

Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar...- Kino İttifaqında nə baş verir?

Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar...- Kino İttifaqında nə baş verir?

Xankəndidə restoranda DAVA- 2 gənc həbs edildi

Xankəndidə restoranda DAVA- 2 gənc həbs edildi

AFFA-da bu vəzifəli şəxslər işdən çıxarıldı

AFFA-da bu vəzifəli şəxslər işdən çıxarıldı

Ev almaq istəyənlər üçün VACİB AÇIQLAMA – Bu tarixləri gözləyin!

Ev almaq istəyənlər üçün VACİB AÇIQLAMA – Bu tarixləri gözləyin!

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

Hotellərin itirdiyi müştərini kənd evləri necə qazandı? – Turistləri qaçıran SƏBƏBLƏR

Hotellərin itirdiyi müştərini kənd evləri necə qazandı? – Turistləri qaçıran SƏBƏBLƏR

End of content

No more pages to load

RADİO