AFFA-da iki nəfər vəzifəsindən azad edilib.
Bizim.Media Sport1.az-a istinadla xəbər verir ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov vəzifəsindən göndərilib.
Bundan başqa federasiyanın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov da qurumdan uzaqlaşdırılıb.
Həmçinin, AFFA-da Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsini icra edən Fərrux İsmayılov da vəzifəsindən azad edilib. Millimizin sabiq üzvü 2020-ci ildən sözügedən departamentin rəhbəri idi.
AFFA-dan verilən açıqlamada məlumat təsdiq olunub. Onların hansı səbəbdən vəzifəsindən azad olunduğu barədə məlumat yoxdur.
Bizim.Media