Miqrasiya böhranı fonunda İspaniyanın Seuta şəhərində yerləşdirilən hərbi qulluqçular arasında qotur xəstəliyinin yayıldığı qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Vanguardia" qəzeti məlumat yayıb.
Nəşrdə bildirilir ki, Seutada yerləşdirilən ən azı 14 hərbi qulluqçuda qotur xəstəliyi aşkarlanıb.
Buna səbəb kimi vurğulanır ki, hərbçilər adətən istifadə olunmayan və lazımi sanitariya-gigiyena xidmətləri olmayan otaqlarda yerləşdiriliblər.
Qeyd edək ki, iyulun 30-da Mərakeşdən olan on minlərlə miqrant İspaniyanın Afrikanın şimal sahilində yerləşən muxtar şəhəri Seutanın sərhədini qanunsuz olaraq keçib. Hadisə Krallığın Ali Məhkəməsinin qanunsuz miqrantların ölkədən dərhal çıxarılmasını qadağan etməsindən və onlara sığınacaq tələb etmək imkanının yaradılmasını tələb etməsindən sonra baş verib.
Bizim.Media