Hotellərin itirdiyi müştərini kənd evləri necə qazandı? – Turistləri qaçıran SƏBƏBLƏR

Son illər turizm sektorunda diqqətçəkən bir dəyişiklik müşahidə olunur: insanlar artıq böyük, müxtəlif əyləncəli, 4-5 ulduzlu hotelləri, istirahət mərkəzlərini deyil, kənd turizmi və ya ailə təsərrüfatlarında fərdi evləri seçirlər. Bir vaxtlar turist üçün əsas seçim sayılan böyük hotellər indi kənd evləri ilə rəqabətdə uduzur. Rəsmi statistika bunu tam təsdiqləməsə də, bu il ən çox gəlir gətirən sahələrdən biri elə terminoloji lüğətdən də istifadə etsək, aqroturizmdir.

Bəs necə oldu ki, böyük infrastruktura, “5 ulduz” statusuna malik modern hotellər bir neçə otaqlı, orta təmirli kənd evləri qarşısında üstünlüyünü itirməyə başladı?

Əlbəttə ki, cavab ilk növbədə özünü qiymətdə göstərir. Şişirdilmiş qiymətlər, üstəlik bu qiymətə uyğun olmayan xidmət səviyyəsi, bəzən narazı və yorğun personal, uzun prosedurlarda gözlətmə insanların seçimlərini dəyişməyə başladı. İnsanlar artıq sadəcə otaq almır, ödədiyi pulun qarşılığında rahatlıq, səmimiyyət axtarır.
 

Gündə yüzlərlə müştəriyə xidmət etmiş personalın asıq üzü, dilucu cavabı turistin birillik iş fəaliyyətinin və qazancının mükafatı olan istirahətini məhv etməməlidir. Ödədiyi pulun qarşılığında başdansovdu təmizlənmiş nömrə, əvvəlki müştərinin “xatirə”ləri və səhər durub özünün təmizləyəcəyi otaqlar artıq tələbkar turistin şərtlərini qarşılamır.


Ona görə də bir həftəsi ona astronomik qiymətə başa gələn 5 “ulduz”lu hoteldənsə, meşənin içində, dağın ətəyində və ya çay kənarındakı sadə bir kəndlinin özünəməxsus aurası olan evində qat-qat ucuzuna ailəsi ilə birlikdə dincəlir və özü üçün yeni dünya, yeni insanlar kəşf edir.

5 ulduzun qiymətinə, 2 ulduz xidməti

Bu baxımdan xarici turistlər həmişə fəallıq nümayiş etdiriblər. Onları çoxdan standart, bəlkə də öz ölkəsindən geridə qalan hotel otağı, bufet və standart xidmət maraqlandırmır. Bundansa kənd həyatına üstünlük verir, yerli təamları dadmaq, ailəylə və sadə sakinlərlə ünsiyyət qurmaq, həmçinin təbiətdə anı yaşamaq istəyir.

Digər tərəfdən də blogerlərin sayəsində yeni turizm növü yaranıb: “Təcrübə turizmi”.

Başqa sözlə, sosial media kənd turizminin daha maraqlı olmasına imkan yaradıb. Bloger göstərir ki, turist sadəcə gecələmək yox, meyvə yığmaq, kənd yeməyi hazırlamaq, heyvandarlıqla tanış olmaq, yerli məhsullar dadmaq kimi fəaliyyətlər edə, bunu videoya çəkib öz səhifəsində paylaşmaqla ikitərəfli fayda verə bilər: həm özü baxış və qazanc götürər, həm də hansısa kəndlini məşhur edib onun ailə təsərrüfatını genişləndirməsinə səbəb olar. Qusarın Hill kəndindəki cürbəcür ləziz yeməkləri ilə dünya mətbəx-kulinariya səhifələrinə düşən ailə buna ən yaxşı nümunədir.

Ən əsası, bu gün turist verdiyi pula istirahət yox, hekayə almaq istəyir. Ailə təsərrüfatının öz hekayəsi, ev sahibinin qonağa münasibəti, həmin kəndin yeməyi və adətləri günümüzdə turizm məhsuluna çevrilir.

Kənd qonaqlamasına dönüş başlayıb...

Sevindiricidir ki, turizm sahəsindəki bu dəyişiklik dövlətin də gözündən yayınmayıb. Kənd turizminə marağı vaxtında qiymətləndirərək onu daha da formalaşdırmaqdan ötrü dəstək mexanizmlərinə başlayıb. Bu mexanizm "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın layihəsində öz əksini tapıb. Dövlət Turizm Agentliyinin hazırladığı layihədə turizm sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

 

Hazırda isə kənd qonaq evlərinin dəstəklənməsi istiqamətində müxtəlif mexanizmlər tətbiq olunur. Bunlardan biri "Turistik kənd" layihəsidir. Layihə ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planından irəli gələn tapşırıqlar əsasında, Dövlət Turizm Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşlığı çərçivəsində icra olunur. Əsas istiqamətlərdən biri kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsidir.


Bununla yanaşı, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsi və özünüməşğulluq imkanlarının genişləndirilməsi hədəflənir. Bu istiqamətdə indiyə qədər 12 kənd qonaq evi müvafiq avadanlıqlarla təchiz edilib.

Digər tərəfdən rayonlarımızda tarixi, mədəni və dini abidələrin bərpası da kənd turizminin inkişafı üçün əsas baza rolunu oynayır. Təbiəti zəngin olan bölgələrin hər biri özünəməxsus adətləri, tarixi və mətbəxi ilə ziyarətçilərə fərqli istirahətlər vəd edir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

Ödənişli ixtisas seçiminə artan MARAQ - Abituriyentlər pulsuz DİM məsləhətindən niyə imtina edir?

Ödənişli ixtisas seçiminə artan MARAQ - Abituriyentlər pulsuz DİM məsləhətindən niyə imtina edir?

Prezident təqaüdçüləri ailə qurur– FOTO

Prezident təqaüdçüləri ailə qurur– FOTO

Kliçkodan keçmiş həyat yoldaşının ölümü ilə bağlı AÇIQLAMA – FOTO

Kliçkodan keçmiş həyat yoldaşının ölümü ilə bağlı AÇIQLAMA – FOTO

Axirət günü nə vaxt olacaq? -Tarix AÇIQLANDI

Axirət günü nə vaxt olacaq? -Tarix AÇIQLANDI

“Metropark”da yanğın- FOTO+VİDEO

“Metropark”da yanğın- FOTO+VİDEO

Böyük çay xəritədən SİLİNİR - Quraqlıq başlayıb, sular çəkilib

Böyük çay xəritədən SİLİNİR - Quraqlıq başlayıb, sular çəkilib

Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar...- Kino İttifaqında nə baş verir?

Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar...- Kino İttifaqında nə baş verir?

Xankəndidə restoranda DAVA- 2 gənc həbs edildi

Xankəndidə restoranda DAVA- 2 gənc həbs edildi

AFFA-da bu vəzifəli şəxslər işdən çıxarıldı

AFFA-da bu vəzifəli şəxslər işdən çıxarıldı

Ev almaq istəyənlər üçün VACİB AÇIQLAMA – Bu tarixləri gözləyin!

Ev almaq istəyənlər üçün VACİB AÇIQLAMA – Bu tarixləri gözləyin!

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

Hotellərin itirdiyi müştərini kənd evləri necə qazandı? – Turistləri qaçıran SƏBƏBLƏR

Hotellərin itirdiyi müştərini kənd evləri necə qazandı? – Turistləri qaçıran SƏBƏBLƏR

Azərbaycanda ağ neft istehsalının HƏCMİ

Azərbaycanda ağ neft istehsalının HƏCMİ

Nigar Camalın qızı Jasmin Keyn: "Azərbaycan millisində oynamağa hazıram" - MÜSAHİBƏ - FOTO - VİDEO

Nigar Camalın qızı Jasmin Keyn: "Azərbaycan millisində oynamağa hazıram" - MÜSAHİBƏ - FOTO - VİDEO

Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər AÇIQLANDI

Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər AÇIQLANDI

Hacıqabulda DƏHŞƏT: 19 yaşlı qız maşında qətlə yetirildi - Qardaşı tutuldu

Hacıqabulda DƏHŞƏT: 19 yaşlı qız maşında qətlə yetirildi - Qardaşı tutuldu

Dünyaca məşhur futbolçu müsəlman oldu - FOTO

Dünyaca məşhur futbolçu müsəlman oldu - FOTO

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO/VİDEO

Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO/VİDEO

Bakıda köhnə tikilidə baş verən yanğın söndürüldü – YENİLƏNİB/VİDEO

Bakıda köhnə tikilidə baş verən yanğın söndürüldü – YENİLƏNİB/VİDEO

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

SON DƏQİQƏ! Rezidenturaya qəbulun nəticələri ELAN OLUNDU

SON DƏQİQƏ! Rezidenturaya qəbulun nəticələri ELAN OLUNDU

Nərminə Kamala yeni vəzifə verildi

Nərminə Kamala yeni vəzifə verildi

End of content

No more pages to load

RADİO