Səudiyyə Ərəbistanı tarixində ilk dəfə qadın baş konsul təyin edilib. Vəfa bint Abdullah əl-Mərzuki ABŞ-ın Hyuston şəhərində baş konsul vəzifəsini icra edəcək.
Bizim.Media “The Saudi Times”-a istinadən xəbər verir ki, bu təyinat Səudiyyə qadınlarının diplomatik vəzifələrdə təmsil olunmasında yeni bir addım kimi qəbul edilir.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Ər-Riyaddakı qərargahında keçirilən mərasimdə Əl-Mərzuki Xarici İşlər Naziri Feysəl bin Fərhanın qarşısında and içib.
Bu təyinat Səudiyyə Ərəbistanında qadınların diplomatik sahədə səlahiyyətləndirilməsi və "Vision 2030" islahatları çərçivəsində atılan tarixi addımlardan biridir.
Bizim.Media