Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa ölkələrinin Ukraynaya silah tədarükünü davam etdirməsinin iki əsas səbəbi olduğunu iddia edib.
Bizim.Media xəbər verir ki, Lavrov bu barədə yerli mediaya açıqlamasında bildirib.
Nazirin fikrincə, birinci səbəb "Zelenski rejimini sona qədər silahlandırmaq" və Rusiyanı zəiflətmək cəhdidir:
"Avropalı elita nümayəndələrinin və digər rəsmi strukturların ifadə etdiyi kimi, onlar istəyirlər ki, Ukrayna avropalıların əvəzinə “onların işini" görsün və Rusiyanı tükəndirsin".
İkinci səbəb kimi isə, Lavrov Avropa iqtisadiyyatının, o cümlədən Almaniya iqtisadiyyatının ağır vəziyyətini göstərib. Onun sözlərinə görə, mövcud vəziyyətdə başqa addımlar atmaq iqtisadi geriləməni və böhranı daha da qabarıq şəkildə ortaya çıxarır.
Bizim.Media