Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (FHN) iyulun 6-na keçən gecə Kiyevin Podolski və Darnitski rayonlarına endirilən kütləvi raket zərbələri nəticəsində həyata keçirilən axtarış-xilasetmə əməliyyatlarının başa çatdığını elan edib.
Bizim.Media xəbər verir ki, hazırda ərazilərdə qəza-bərpa işlərinə başlanılıb.
Rəsmi məlumatlara görə, hücum nəticəsində 1-i uşaq olmaqla, 19 nəfər həyatını itirib.
Yaralananların sayı isə 61 nəfərdir ki, onlardan 7-si azyaşlıdır.



Bizim.Media