Almaniyada bir sıra ticarət şəbəkələri yumurta qıtlığı səbəbindən satışlara məhdudiyyət tətbiq etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Bild" qəzeti yayıb.
Məlumata görə, "Netto" diskaunter şəbəkəsi bütün filiallarında yeni qaydalar tətbiq edib. Artıq bir müştəri hər gəlişində maksimum iki qablaşdırma yumurta ala bilər.
Marketlər şəbəkəsinin rəsmiləri bu qərarı Avropa bazarında quşçuluq məhsullarının tədarükündə yaranan fasilələrlə əsaslandırıblar. Şirkətdən verilən açıqlamada vəziyyətin iyul ayı ərzində normallaşacağına ümid edildiyi vurğulanıb.
Bizim.Media