Bu gün İranla aparılan danışıqlar çərçivəsində neft ixracına tətbiq olunan sanksiyaların müvəqqəti olaraq yumşaldılmasını gündəmə gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim News” agentliyi xəbər dərc edib.
Agentliyin məlumatına görə, Vaşinqton bu addımı danışıqlarda irəliləyiş əldə etmək üçün ara keçid mərhələsi kimi nəzərdən keçirir. ABŞ tərəfinin mövqeyi ondan ibarətdir ki, Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) sanksiyaları yalnız yekun razılaşmadan sonra tam ləğv oluna bilər.
Agentlik isə bildirir ki, İran bütün sanksiyaların dərhal və tam şəkildə qaldırılmasını tələb edir və bu mövqedə israrlıdır.
Rəsmi Vaşinqtondan bu iddialarla bağlı hələlik açıqlama verilməyib.
Bizim.Media