Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, avqustun 12-15-də keçirilən vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər.
Qeyd olunub ki, vakansiya seçimində uğur qazana bilməyən və ya seçimdə iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
Müsahibə mərhələsinin keçirilməsi ilə bağlı məlumatın əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəyi bildirilib.
Bizim.Media