Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov etimadnaməsinin surətini Türkiyə Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsinin baş direktor müavini Mustafa Cem Gündüzə təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə diplomat "X" sosial media hesabında paylaşım edib.
"Bu gün etimadnaməmin surətini Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Protokol Baş İdarəsinin baş direktor müavini cənab Mustafa Cəm Gündüzə təqdim etməkdən böyük məmnunluq duydum", - deyə paylaşımda bildirilib.

Bizim.Media