Atmağa heyfi gəldi: Hobbi olaraq başladı, sifarişlərin ardı-arası kəsilmir - FOTO

Hatayda 50 illik mebel ustası Heybət Qaya atelyedə artıq qalan taxta parçalarını zibilə atmağa heyfi gəldiyi üçün onlardan oyuncaq maşınlar düzəltməyə başlayıb. Bu gün onun əl işi olan taxta maşınlar bütün Türkiyədən sifariş alır.

Bizim.Media bu maraqlı uğur hekayəsinin detallarını təqdim edir:
 

İskəndərun rayonunda yaşayan 58 yaşlı Heybət usta uşaq yaşlarından bəri mebel emalatxanasında işləyir.


Son 5 ildir ki, mebel istehsalından qalan artıq taxta parçalarını dəyərləndirmək qərarına gəlib. "Atmadım, ata bilmədim, heyfim gəldi" deyən usta bu parçalardan maket maşınlar hazırlamağa başlayıb. Zamanla ortaya çıxan modellər o qədər bəyənilib ki, hobbi olaraq başladığı bu iş ciddi bir tələbata çevrilib.

Heybət ustanın hazırladığı avtomobillər həm uşaqlar üçün oyuncaq, həm də böyüklər üçün hədiyyəlik əşya kimi maraq doğurur:

Doğum günləri üçün hədiyyələr, şirkətlər üçün loqolu xüsusi modellər hazırlanır. İstanbul, Bursa, Karabük və Adana kimi şəhərlərdən sifarişlər gəlir.

Ustanın sözlərinə görə, sərgilərdə onun əl işlərini görənlər bu maşınların İskəndərunda hazırlandığına inanmaqda çətinlik çəkirlər.

Mebeldən imtina edib tamamilə bu işə keçmək istəyir
 

Hazırda bu işi əlavə məşğuliyyət kimi davam etdirən Heybət usta gələcək planları haqqında belə deyir:


"İnsanlar bu işləri çox bəyəndilər. Hazırda əlavə iş kimi davam edir, amma gələcəkdə mebel işini tamamilə buraxıb, yalnız bu işlə məşğul olmaq istəyirəm."

50 ilini taxtaya forma verməyə həsr edən usta, indi tullantı hesab olunan parçalardan sənət əsərləri yaradaraq həm təbiəti qoruyur, həm də sənətkarlığını yaşadır. (Milli.Az)






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “İranla danışıqlar aparmırıq və planlaşdırılmır”

Tramp: “İranla danışıqlar aparmırıq və planlaşdırılmır”

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkiyə XİN-ə təqdim etdi - FOTO

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkiyə XİN-ə təqdim etdi - FOTO

MİQ üzrə vakansiya seçiminin nəticələri MƏLUM OLDU

MİQ üzrə vakansiya seçiminin nəticələri MƏLUM OLDU

MKA-dan xəbərdarlıq: Azərbaycan qurumlarının hesablarına kiberhücumlar var

MKA-dan xəbərdarlıq: Azərbaycan qurumlarının hesablarına kiberhücumlar var

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Vüsal Nəsirli özünə müşavir təyin etdi - FOTO

Vüsal Nəsirli özünə müşavir təyin etdi - FOTO

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac: Minədək avtomobil növbədədir

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac: Minədək avtomobil növbədədir

Seutadakı İspaniya hərbçiləri arasında qotur xəstəliyi yayıldı

Seutadakı İspaniya hərbçiləri arasında qotur xəstəliyi yayıldı

Azərbaycanda da hamı bundan alır – Amma gərəksiz imiş

Azərbaycanda da hamı bundan alır Amma gərəksiz imiş

Qril toyuq həqiqətən zərərlidirmi?— Diyetoloqlar cavab verdi

Qril toyuq həqiqətən zərərlidirmi?— Diyetoloqlar cavab verdi

Səudiyyə Ərəbistanı tarixində ilk: Qadın baş konsul təyin edildi

Səudiyyə Ərəbistanı tarixində ilk: Qadın baş konsul təyin edildi

Ermənistanda küçəyə İran şəhərinin adı verildi

Ermənistanda küçəyə İran şəhərinin adı verildi

Azərbaycan CNN-ni MƏHKƏMƏYƏ VERDİ

Azərbaycan CNN-ni MƏHKƏMƏYƏ VERDİ

Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI

Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

Ödənişli ixtisas seçiminə artan MARAQ - Abituriyentlər pulsuz DİM məsləhətindən niyə imtina edir?

Ödənişli ixtisas seçiminə artan MARAQ - Abituriyentlər pulsuz DİM məsləhətindən niyə imtina edir?

Prezident təqaüdçüləri ailə qurur– FOTO

Prezident təqaüdçüləri ailə qurur– FOTO

Kliçkodan keçmiş həyat yoldaşının ölümü ilə bağlı AÇIQLAMA – FOTO

Kliçkodan keçmiş həyat yoldaşının ölümü ilə bağlı AÇIQLAMA – FOTO

Axirət günü nə vaxt olacaq? -Tarix AÇIQLANDI

Axirət günü nə vaxt olacaq? -Tarix AÇIQLANDI

“Metropark”da yanğın- FOTO+VİDEO

“Metropark”da yanğın- FOTO+VİDEO

Böyük çay xəritədən SİLİNİR - Quraqlıq başlayıb, sular çəkilib

Böyük çay xəritədən SİLİNİR - Quraqlıq başlayıb, sular çəkilib

Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar...- Kino İttifaqında nə baş verir?

Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar...- Kino İttifaqında nə baş verir?

Xankəndidə restoranda DAVA- 2 gənc həbs edildi

Xankəndidə restoranda DAVA- 2 gənc həbs edildi

End of content

No more pages to load

RADİO