Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas Ukrayna-Rusiya danışıqlarında Aİ-ni təmsil edə bilməz.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri Aİ diplomatlarına istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Kallasın anti-Rusiya mövqeyi Moskvanın dərhal “yox” cavabı verməsinə səbəb ola bilər.
Məsələyə münasibət bildirən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova isə problemin şəxslərdə olmadığını deyib.
“Əgər onlar yenə Krılovun “Kvartet” təmsilini oynamaq istəyirlərsə, cavab da uyğun olacaq: “Necə otursanız da, musiqiçi ola bilməyəcəksiniz”, – deyə Zaxarova bildirib.
O əlavə edib ki, Avropa İttifaqı terrorun maliyyələşdirilməsini dayandırmaq, rusofobiyadan imtina etmək və sülh iradəsi nümayiş etdirmək üçün konkret addımlar atmalıdır.
“Bunu mənasız danışıq formasında deyil, praktik şəkildə etməlidirlər”, – deyə Rusiya XİN nümayəndəsi vurğulayıb.
Bizim.Media