Avropa İttifaqı 90 milyard avroluq maliyyələşdirmə çərçivəsində Kiyevə ilk transı iyunun ilk yarısında göndərmək niyyətindədir.
Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin inkişaf məsələləri üzrə nazirlərinin görüşünə gələrkən təsdiqləyib.
"İlk trans iyunun ilk yarısında göndərilməlidir, biz hazırda bunun üzərində işləyirik", — deyə o bildirib.
Qeyd edək ki, Kallas daha əvvəl verdiyi açıqlamada ilk transın təxminən 9 milyard avro təşkil edəcəyini və bu məbləğin 6 milyard avrosunun pilotsuz uçuş aparatlarının (PUA) satın alınmasına xərclənəcəyini bildirmişdi.
Bizim.Media