Kremldə 5 saatlıq danışıqlar nəticəsiz qaldı - VİDEO

Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner arasında keçirilən görüş başa çatıb. Danışıqlar təxminən beş saat davam edib. 

Bizim.Media xəbər veror ki, görüşdən sonra jurnalistlərə prezidentin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakov bildirib ki, tərəflər ABŞ-ın təqdim etdiyi sənədləri müzakirə edib.

Onun sözlərinə görə, Vaşinqtonun Moskvaya ötürdüyü materiallar Ukrayna üzrə uzunmüddətli nizamlanmaya aiddir. Lakin Rusiya və ABŞ danışıqların məzmununu açıqlamamaq barədə razılığa gəlib.

Prezidentin köməkçisi deyib ki, amerikalı təmsilçilər konkret formulaları deyil, ümumi konsepsiyanı müzakirə ediblər. Uitkoff və Kuşnerin ABŞ-a qayıdaraq danışıqların nəticələrini prezident Trampa çatdıracağı, sonra isə Moskva ilə yenidən əlaqə saxlayacağı gözlənilir. Uşakov həmçinin qeyd edib ki, ABŞ və Rusiya prezidentləri arasında yeni görüş hələ planlaşdırılmır.

Onun sözlərinə görə, Moskva Tramp administrasiyasından ilkin 28 bəndlik planla yanaşı, əlavə dörd sənəd də alıb. Bu materiallar üzrə ümumi tezislər müzakirə olunub.

Uşakovun sözlərinə görə, tərəflər ABŞ-ın təqdim etdiyi “sülh planı” çərçivəsində Ukraynanın ərazi məsələlərini də müzakirə edib. Lakin kompromisə gəlmək mümkün olmayıb. Rusiya hesab edir ki, amerikalıların irəli sürdüyü bəzi təkliflər qəbuledilməzdir.

“Territorial məsələlər də qaldırıldı... Ukrayna üzrə kompromis variantı hələ yoxdur, bəzi təkliflər Rusiyaya uyğun gəlmir”, – deyə Uşakov bildirib. O əlavə edib ki, bəzi Amerika yanaşmaları Moskva üçün məqbul sayılsa da, bir sıra məqamlar ciddi tənqidə səbəb olub.

Bununla yanaşı, Uşakov danışıqları “faydalı və konstruktiv” adlandırıb. Onun sözlərinə görə, tərəflər nə sülhə daha yaxınlaşıb, nə də ondan uzaqlaşıb, vəziyyət dəyişməz qalıb.

Danışıqlarda Ukrayna ilə bağlı paketlə yanaşı, Rusiya–ABŞ iqtisadi əlaqələri də müzakirə olunub.

Prezidentin köməkçisi Cared Kuşnerin prosesə qoşulmasını da şərh edib. O, Kuşnerin Yaxın Şərq üzrə iş təcrübəsini xatırladaraq, hazırda ABŞ-ın Rusiya və Ukrayna dosyesi üzrə də fəal işlədiyini bildirib.

“Bəli, bu, nisbətən yeni fiqurdur, lakin o, Uitkoffla birlikdə Yaxın Şərqdə çox məhsuldar işləyib... İndi isə artıq müəyyən müddətdir ki, Rusiya-Amerika və Ukrayna məsələlərinə qoşulub və hazırlanan sənədlərin formalaşdırılmasında fəal iştirak edib”, – deyə Uşakov vurğulayıb. 



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ayılar bu kəndlərə hücum edir: Sakinlər təşvişdədir - VİDEO

Ayılar bu kəndlərə hücum edir: Sakinlər təşvişdədir - VİDEO

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

End of content

No more pages to load

RADİO