Şabran və Qubanın meşəətrafı kəndlərində ayıların yaşayış məntəqələrinə enməsi sakinləri təşvişə salıb.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, küçələrdə rahat hərəkət edən ayılar təsərrüfatlara girərək həm əkin sahələrinə, həm də mal-qaraya ciddi ziyan vurur.
Sakinlərin sözlərinə görə, son günlər Küpçal kəndi ilə yanaşı, Qələdüz və Üçkün kəndlərində də ayıların təsərrüfatlara girdiyi müşahidə olunub.
Kənd sakinləri vəhşi heyvanların yaşayış məntəqələrinə yaxınlaşmasının qarşısının alınması üçün aidiyyəti qurumların müdaxilə etməsini istəyiblər.
Qeyd edək ki, ayılar "Qırmızı Kitabı"a daxil edilmiş nadir və qorunan heyvan növlərindən biridir. Bu səbəbdən onların ovlanması qanunvericiliklə qadağandır.
Bizim.Media