Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Ali məktəblərə qəbul olan, xüsusilə bölgələrdən Bakıya gələcək tələbələri düşündürən əsas məsələlərdən biri yaşayış yeri ilə bağlıdır.

Yataqxanalarda yerlərin məhdud olması onları kirayə mənzil axtarmağa vadar edir. Avqustun sonu və sentyabrda tələbatın artması fonunda isə münasib qiymətə ev tapmaq daha da çətinləşir.

Bu baxımdan, bölgələrdən Bakıya gələn tələbələr üçün münasib qiymətə kirayə mənzil tapmaq üçün hansı ərazilər daha əlverişlidir və məhdud büdcə ilə ev axtaran tələbələr nələri nəzərə almalıdır?

Bizim.Media
xəbər verir ki, “AzEdu.az”a mövzu ilə bağlı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, hər bir ölkənin inkişafında və tarixində onun təhsil səviyyəsi mühüm rol oynayır.

"Elm və təhsil hətta təhlükəsizlik və müdafiə məqsədlərindən də önəmlidir. Millətin inkişafı, gələcəyi məhz onun elm səviyyəsindən, eyni zamanda, gənclərinin təhsilindən ciddi şəkildə asılıdır. Bu baxımdan düşünürəm ki, hər il 50 mindən çox abituriyentin tələbə adını qazandığı halda, onları ən çox düşündürən məsələlərdən biri Bakıda harada qalacaqları, yəni yaşayış yerlərini necə təmin edəcəkləridir.
 

Bu problem ildən-ilə daha da mürəkkəbləşir. Əvvəllər manatın alıcılıq qabiliyyətinin daha yüksək olması, kirayə qiymətlərinin nisbətən münasib qalması və bir çox yataqxananın fəaliyyət göstərməsi yeni tədris ili ərəfəsində kirayə bazarına təzyiqi bu qədər artırmırdı.


Amma son dövrlərdə bildiyimiz kimi, daşınmaz əmlak bazarında investisiya cəlbediciliyinin artması qiymətlərin yüksəlməsinə səbəb olur. Belə olan halda, təbii ki, valideynlər, xüsusilə də tələbələr Bakıda kirayə mənzil axtararkən ciddi problemlərlə üzləşirlər.

Halbuki onların ilk növbədə düşündükləri məsələ universitetə qəbul olmaqdırsa, ikinci məsələ harada yaşayış yeri tapa biləcəkləridir. Əvvəllər yataqxanalar mövcud olduğu halda, indi onların böyük əksəriyyəti bağlı olduğundan və ya təyinatı dəyişdirildiyindən tələbələr daşınmaz əmlak bazarının kirayə seqmentinə müraciət etməyə məcbur olurlar.

Bu da həmin ərazilərdə kirayə qiymətlərinin artmasına səbəb olur.

Hər il təqribən 10-15 faiz kirayə mənzillərin qiymətlərində artım hiss edirik. 2026-cı ildə kirayədən əldə olunan gəlirdən ödənilən vergi faizinin 14 faizdən 10 faizə endirilməsi əslində indiyə qədər əməl olunmayan rəsmi müqavilə şəraitində kirayələrin verilməsinə doğru bir addımdır. Artıq vətəndaşların bir hissəsi öz kirayə münasibətlərini rəsmi səviyyədə qurmağa başlayıb.10 faizlik vergi məbləğinin də həmin kirayənin üzərinə gəlməsi qiymətlərin artmasına səbəb olub.

Bu proses indi də davam edir. Avqustun ortalarından sentyabrın ortalarına qədər olan dövr pik artım dövrü kimi qeyd olunur. Bu müddətdə bazara çoxlu müraciətlər olur və bu da qiymətlərin yüksəlməsinə səbəb olur.
 

Adətən mənzillər metroya yaxın ərazilərdə axtarılır. Bildiyimiz kimi, metro yaxınlığının nəqliyyat əlçatanlığı baxımından daha çox müraciət görməsi həmin evlərin qiymətlərinin də yüksək olmasına səbəb olur. Təqribən metro yaxınlığındakı evlər 600, 650, 800, hətta bəzən 900 manat civarında təklif edilir.


Bu mənzillər əvvəllər bir tələbə üçün uyğun idisə, indi bir neçə tələbə birlikdə kirayə mənzil axtarmağa başlayır. Bu isə bir çox hallarda mənzil sahiblərinin narazılığı ilə qarşılaşır. Çünki bir evdə çox sayda sakinin qalması onun daha tez aşınmasına, mühəndis-kommunikasiya sistemlərinin sıradan çıxmasına və qonşuların narazılığına səbəb olur. Amma bununla belə, artıq başqa yol olmadığından əsas məqsəd daha ucuz ev tapmaq və bir neçə tələbə ilə birlikdə ortaq kirayə götürməkdir.

Metroya yaxınlığı əsas meyar kimi kənara qoysaq, nisbətən ucuz ərazilər sırasında Binəqədi rayonu ərazisini, Azadlıq prospektini, 9-cu mikrorayonu, Nəsimi metrosu ətrafını, Yeni Yasamalı, 20 Yanvar və İnşaatçılar metroları ətrafını, həmçinin Neftçilər, Xalqlar Dostluğu və Qara Qarayev metroları ətrafını göstərə bilərik.

Buradakı qiymətlər metroya yaxın ərazilərdəki kirayə mənzillərlə müqayisədə təqribən 20-25 faiz daha ucuzdur. Bu da tələbələrin kirayə haqqına məqsədəuyğundur.

Vahid büdcənin formalaşdırılması və xərclərin birlikdə bölüşdürülməsi məqsədəuyğundur. Mənzil ümumi paylaşılırsa, kommunal və digər xərclər də birlikdə ödənilməlidir ki, bu, bir nəfərin büdcəsinə xüsusi ağırlıq gətirməsin.

Bunlardan əlavə, yataqxanaların tikilməsi də mümkün olduğu halda həyata keçirilməlidir. Azərbaycanda bəzi universitetlərin özəl yataqxanaları mövcuddur.

Bunlardan da önəmli tövsiyəm tələbələrə və tələbə adını qazanan abituriyentlərə deyil, Azərbaycanın müvafiq qurumlarınadır. Həm valideynləri, həm də tələbələri bu çıxılmaz çətin durumdan xilas etmək üçün yataqxanaların inşasına start vermək lazımdır. Özəl sektora təklif və proqramlar tətbiq etmək lazımdır ki, özəl sektor özəl yataqxanalar inşa etsin. Qonşu və qardaş Türkiyədə olduğu kimi.

İkinci variant isə budur ki, əgər bu mümkün deyilsə, təhsil müəssisələri şəhərin kənarına köçürülsün və orada kampuslar təşkil olunsun. Beləliklə, təhsil alan gənc vətəndaşlarımız həm həmin ərazidə təhsil ala, həm yaşaya, həm əyləncə və idman tələbatlarını ödəyə, həm asudə vaxtlarını səmərəli keçirə, həm də universitetdə dərslərə hazır olmaq üçün kitabxana və digər zəruri infrastruktura malik ola bilərlər.

Beləliklə, problem kökündən həll oluna bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Azərbaycanın medallarının sayı 7-yə çatdı

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Vaşinqton NATO müttəfiqlərinə anket göndərdi

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Elgiz yeni verilişlə qayıdır - Özü açıqladı

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana yük göndəriləcək

End of content

No more pages to load

RADİO