Avropa İttifaqı Ermənistanı aviasiya üzrə “qara siyahı”da saxladı

Ermənistan aviaşirkətlərinin Avropa İttifaqının uçuş təhlükəsizliyi ilə bağlı “qara siyahısı”nda qalması siyasi yox, sırf texniki məsələdir,

Bizim.Media xəbər verir ki, bunu Aİ-nin genişlənmə üzrə Ali komissarı Marta Kos Brüsseldə erməni jurnalistlərlə görüşü zamanı Aİ-nin uçuş təhlükəsizliyi siyahısında hansısa yeniliklərin olub-olmaması barədə suala cavab olaraq deyib.

“Bu, texniki, siyasi olmayan bir prosesdir. Məsələ Avropa İttifaqının Uçuş Təhlükəsizliyi Komitəsinin səlahiyyətindədir. Komitənin qiymətləndirməsinə əsasən, Ermənistan müəyyən addımlar atmalıdır və biz Ermənistanın Mülki Aviasiya Komitəsi ilə əlaqə saxlayırıq. Lazımi bütün tədbirlər görülmədiyinə görə qərar hələ verilməyib. Bir daha vurğulayıram: bu, texniki prosesdir, siyasi münasibətlərlə heç bir əlaqəsi yoxdur. Biz sadəcə uçuş təhlükəsizliyi baxımından hər şeyin qaydasında olmasına əmin olmaq istəyirik. Məhz buna görə Twinning proqramı çərçivəsində xüsusi yardım təklif etmişik və bu proqram maliyyələşdiriləcək”, deyə o bildirib.

Kos əlavə edib ki, bu xüsusi mexanizmlə üzv ölkələrin sahə üzrə təcrübəli ekspertləri Ermənistan hökumətinə yardım göstərəcəklər.

Xatırladaq ki, Ermənistan 2020-ci ildən Avropa aviasiya təhlükəsizliyinin “qara siyahısına” daxil edilib. 2019-cu ildə Ermənistana səfər edən Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) ekspertləri aviasiya təhlükəsizliyi sahəsində ciddi problemlər aşkar etmişdilər və bundan sonra Ermənistanın “qara siyahı”ya salınması barədə qərar qəbul olunmuşdu.

2025-ci ilin mart ayında Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Kristine Qaleçyan bildirib ki, ölkə aviasiya sahəsindəki “qara siyahı”dan çıxmaq üçün Aİ-yə rəsmi müraciət göndərib və cavab gözləyir. Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan isə bəyan edib ki, Aİ-nin “qara siyahısına” düşmələrinə səbəb olan çatışmazlıqların və problemlərin əksəriyyəti artıq aradan qaldırılıb. (Mənbə: “Armenpress”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ayılar bu kəndlərə hücum edir: Sakinlər təşvişdədir - VİDEO

Ayılar bu kəndlərə hücum edir: Sakinlər təşvişdədir - VİDEO

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

Zelenski Krivoy Roqdakı hücuma cavab veriləcəyinə SÖZ VERDİ

End of content

No more pages to load

RADİO