Ukrayna və ABŞ hələ sülh sazişinin yekun mətnini razılaşdırmayıb – AMMA İRƏLİLƏYİŞ VAR

Floridada dünən keçirilən danışıqlarda Ukrayna və ABŞ nümayəndə heyətləri hələlik sülh sazişinin layihəsinin son variantını razılaşdıra bilməyiblər.

Xüsusilə, ərazi məsələləri fəal şəkildə müzakirə olunub, həmçinin Ukraynanın NATO-ya üzvlüyü mövzusu da qaldırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RБК-Ukraina mənbəyə istinadən yayəb.

“Müzakirələr artıq Cenevrədə razılaşdırılmış ümumi çərçivədən daha çox qalan problemli məsələlərə fokuslanıb. Yəni, hələ ki yekun mətn üzrə yüz faizlik anlaşmadan söhbət gedə bilməz, lakin bu, irəli doğru atılan növbəti addım oldu”, — deyə mənbə bildirib.

Onun sözlərinə görə, amerikalılar öz əsas vəzifələrini anlayırlar və bu, Ukraynanı nədə isə razı salmaqdan ibarət deyil.

“Onlar anlayırlar ki, ikinci tərəf də var və Ukrayna ilə hansı nəticəyə gəlsələr belə, qarşıda hələ Rusiya ilə işləmək qalır. Və başa düşürlər ki, orada daha çətindir”, — mənbə deyib.
 

Mənbə onu da vurğulayıb ki, danışıqlar zamanı ərazi məsələlərinə xüsusi diqqət ayrılıb. ABŞ, prosesdə özünü vasitəçi kimi görərək, Ukraynaya Rusiyanın mövqeyini çatdırıb — Moskva Ukrayna qüvvələrinin Donbasdan tam çıxmasını tələb edir.


Buna cavab olaraq Ukrayna nümayəndə heyəti izah edib ki, belə yanaşma mümkün deyil: həm konstitusion məhdudiyyətlər, həm ukraynalıların ictimai rəyi, həm də real vəziyyət buna imkan vermir. Buna görə də Ukraynanın mövqeyi dəyişməz qalır: ərazilərlə bağlı müzakirələr yalnız mövcud təmas xətti əsasında başlanmalıdır.

“Potensial həll yollarının axtarışı davam edir, amma bu, əlbəttə, çox çətin məsələdir”, — mənbə əlavə edib.

Ukrayna tərəfi NATO üzvlüyü məsələsində də mövqeyini amerikalılara çatdırıb. Xüsusilə, bildirilib ki, ölkənin Alyansa üzvlüyə dair kursu Konstitusiyada təsbit olunub və onu sülh sazişi naminə dəyişmək pis presedent olar. Digər arqument isə hər hansı ölkəyə NATO üzvlüyünə veto hüququnun verilməsinin mümkünsüzlüyüdür.

“Amerikalılar bizim arqumentləri dinləməyə hazırdırlar. Başqa məsələ budur ki, onlar daim deyirlər: yaxşı, siz 100% haqlı ola bilərsiniz, amma qarşı tərəf var və o, bunu-bunu tələb edir. Biz vasitəçi kimi sülh sazişinə gəlməyiniz üçün şərait yaratmalıyıq. Siz öz mövqeyinizi nə qədər məntiqli izah etsəniz də, əgər qarşı tərəf “yox” deyirsə – biz nə edə bilərik?”, — mənbə bildirib.

Xatırladaq ki, bir neçə həftə əvvəl ABŞ Ukrayna müharibəsini bitirmək üçün yeni sülh planı təqdim etmişdi. 28 bənddən ibarət sənəd əsasən Rusiyanın maraqlarını nəzərə alırdı.

Noyabrın 23-də ABŞ, Ukrayna və Avropa nümayəndə heyətlərinin Cenevrədə görüşü keçirildi. Tərəflər sənədi daha balanslı etmək üçün ona düzəlişlər etdilər.

Nəticədə plan dəyişdirildi, lakin üzərində iş davam edir. Bu səbəbdən ABŞ və Ukrayna 30 noyabrda Floridada yeni danışıqlar apardı.
 

Görüşdən sonra ABŞ dövlət katibi Marko Rubio tərəflərin irəliləyiş əldə etdiyini, lakin danışıqların çətin olduğunu bildirib.


Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Rustem Umerov görüşün nəticələri barədə prezident Vladimir Zelenskini məlumatlandırıb. O, ədalətli sülhün əldə edilməsində əhəmiyyətli irəliləyiş olduğunu və Ukrayna ilə ABŞ mövqelərinin yaxınlaşdığını deyib. Zelenski də bu məlumatı təsdiqləyərək, işin davam etdiriləcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Bu şəhərdə velosiped sürmək qadağan edildi

Ayılar bu kəndlərə hücum edir: Sakinlər təşvişdədir - VİDEO

Ayılar bu kəndlərə hücum edir: Sakinlər təşvişdədir - VİDEO

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Türkiyədə müəllimlər bundan sonra AĞ XALAT geyinəcək

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Günel pis enerjidən bu yolla qorunur – VİDEO

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Xəyanət onlar üçün ən pis ssenaridir: Bundan daha çox qorxan BÜRCLƏR

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Bakıda tələbələr üçün kirayə evlər: ƏN UCUZ və ƏN BAHALI ərazilər

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda insanlar ən çox bu ayda zəhərlənib - Statistika

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri PULSUZ təmi̇r olunacaq

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Kişi orqanizmini gücləndirməyin qeyri-adi üsulu - Gündə 15 dəqiqə bəs edir

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Bu ölkədən Azərbaycana göndərilən pullar kəskin artdı

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Üzr istəməyi bacarmayan BÜRCLƏR

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

Röyanın kameramanla görüntüləri müzakirə yaratdı - VİDEO

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı İCLAS keçirəcək

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Kosta Rika Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul etdi - FOTO

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ oldu

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

İmişlidə qəza: “Mercedes” piyadanı vurduqdan sonra işıq dirəyinə çırpıldı - FOTO

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

Çin ərəb ölkəsi ilə birgə hərbi təlimlər keçirəcək

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

“Tesla” Çindəki 3 milyon avtomobili geri çağırır

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

ABŞ NATO-nun yeni müdafiə planını AÇIQLADI

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Avqustun sonunda 3 BÜRCÜ sınaq gözləyir

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Bahalaşma gündəlik xərcləri necə artırır? — Açıqlama

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Əraqçi omanlı həmkarı ilə danışdı: Hörmüz boğazı müzakirə olundu

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

Meksika ABŞ səfirinə ETİRAZ ETDİ

RONALDO karyerasında 977-ci qolunu vurdu

RONALDO karyerasında 977-ci qolunu vurdu

End of content

No more pages to load

RADİO