Finlandiyanın Milli elm laboratoriyası üçün çalışdığını söyləyən qadın zaman yolçusu olduğunu iddia edərək əlindəki bitkinin 6000-ci ilə aid olduğunu deyib. Qadın insanların dinozavrlar və nəsli tükənən digər canlıları gələcəkdə təkrar geri gətirəcəyini iddia edib.
xa0
Moderator.az xəbər verir ki, Və Xloya adlı qadın danışdığı ağlasığmaz ifadələr sosial mediada mübahisələrə səbəb olub.xa0 6000-ci ildən gətirdiyini irəli sürdüyü bir bitki göstərən qadın çox sayda insanı gələcəyə göndərdiyini deyib.
Günəşin yer kürəsinə getdikcə yaxınlaşacağını və bu səbəblə orta hesabla havanın temperaturunun 40- 70 C-yə qədər çatacağını iddia edən qadın, artan istilik səbəbi ilə dünyada böyük bir tənəzzül başlayacağını bildirib.xa0
Qadını izləyən çox sayda adam onun iddialarını əsassız hesab etdiklərini və göstərdiyi bitkinin əslində zeytun olduğunu bildiriblər. Bütün bu ağlasığmaz ifadələrə baxmayaraq qadının videosu internetdə çox sayda izlənmə sayı alıb.

Kamran